GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyalı iş adamı:“Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”

Rusiyalı iş adamı:“Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”

Tarix: 21-12-2017, 12:25 Bölmə :Dünya Baxış: 348
Rusiyalı iş adamı:“Quldur Sarkisyan məndən yüzlərlə milyon dollar qoparıb”


Rusiyalı iş adamı Levon Markos Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb və həmin məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edir. 2000-ci illərin əvvəllərində iş adamı Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və prezidentin xahişi ilə müflisləşmiş müəssisələri alıb.

gundemxeber.az-ın virtualaz.org-a istinadən məlumatına görə, sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib.

“2000-ci illərin əvvəllərində o vaxtkı prezident Robert Koçaryan, siz (o zaman Ermənistanın müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi) və Ermənistan Mərkəzi Bankının sədri Tiqran Sarkisyan vətənpərvərlik hisslərimdən istifadə edərək məni Ermənistan iqtisadiyyatının xilas edilməsinə cəlb etmək fikrinə düşdünüz.

Siz şəxsən Moskvaya gələrək mənə təklif etmişdiniz ki, heç bir iqtisadi maraq doğurmayan müflis erməni zavodlarını, fabriklərini və digər müəssisələri alım. Bundan başqa, məni dilə tuturdunuz, az qala yalvarırdınız ki, müflisləşən “Kredit-Yerevan” bankını əldə edim. Bunların hamısını onunla əsaslandırırdınız ki, guya ölkənin büdcəsi boşdur və daxilolmalar tələb edir”, - iş adamının Ermənistan KİV-də dərc edilmiş açıq məktubunda deyilir.

Levon Markos qeyd edir ki, vaxtilə Serj Sarkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Bu məqsədlə o, Rusiyadakı bəzi perspektivli və rəqabət qabiliyyətli layihələrini dayandırıb ki, bunların arasında yalnız Moskvada 25 yanacaqdoldurma stansiyasını əhatə edən “Sretenka-Petroleum” YDM şəbəkəsi də var.

“Bundan başqa, mən Rusiya banklarından həcmli kreditlər götürdüm və bütün bu vəsaitləri Ermənistan iqtisadiyyatına yatırdım. Çünki səmimi olaraq çətin vəziyyətə düşmüş Vətənimə kömək etmək istəyirdim. Sizin vədlərinizə inanaraq, bir neçə müflisləşmiş müəssisəni aldım. “Kredit-Yerevan”dan başqa, sizin məsləhətinizlə Sisian daş emalı zavodunu, Qafan mis-molibden kombinatını, “Bazalt-Crvej” ASC, “Aqrineks” QSC, Razdan istixana kompleksi, “Sevan-Motel” kompleksi, “İntermotor Ermənistan” QSC (2002-ci ildə bu şirkət Ermənistanda “Mercedes-Benz”in rəsmi distributoru idi), “Zepür” gözəllik salonu kimi müəssisələri aldım. Bundan xeyli əvvəl isə mən Yerevanda 3 bazarın sahibi idim. Gizlətmirdim ki, Ermənistana ciddi fikirlərlə və uzun müddətə gəlmişəm, çoxprofilli biznesi inkişaf etdirmək niyyətindəyəm. Yuxarıda sadaladığım və bir sıra digər sənaye obyektləri əsasında mən sənaye yönümlü bir neçə layihə hazırladım. Onların ümumi dəyəri Moskva auditorları tərəfindən 300 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Həmin layihələr Ermənistanın iqtisadi inkişafına ciddi impuls verə bilərdi. Bunlardan bəziləri start mərhələsində idi. Lakin sonradan iş yerindən tərpənmədi. Heç bir konkretlik yox idi – yalnız sabun köpüyü və boş sözlər”, - məktubda deyilir

İş adamı qeyd edir ki, nəticədə, Ermənistan iqtisadiyyatına yüzlərlə milyon dollar qoyaraq, böyük məbləğdə zərərə uğrayıb və yerli məhkəmə icraçıları ilə dil-boğaz olmağa məcbur qalıb.

“Sarkisyan, siz düzgün hərəkət etmədiniz. “Vətənin xilası” yalanı ilə siz mənə müflisləşmiş bankı “soxuşdurdunuz” və həmin vaxt hamı həmin bankdan pul qoparmaqla məşğul idi. Aldığım obyektləri quldurluqla ələ keçirdiniz və yaxınlarınıza – Samvel Aleksanyana və Qagik Xaçatryana verdiniz. Yeri gəlmişkən, məndə olan məlumata görə, Aleksanyan və Xaçatryan öz ətraflarında dəfələrlə bildiriblər ki, obyektlərimdən alınan gəlirlər Sizə dövlət ehtiyacları üçün verilib, Siz isə onları cibinizə qoyursunuz. Nəticədə nə alınır? Belə çıxır ki, 15 ildən çoxdur Siz mənim obyektlərimdən gələn gəlirləri qanunsuz olaraq mənimsəyirsiniz”, - iş adamı şikayətlənir.
Son nəticədə, Levon Markosa qarşı cinayət işi qaldırılıb və o, beynəlxalq axtarışa verilib.

Lakin bir neçə il ərzində işin materiallarını öyrənmiş rusiyalı müstəntiqlər qərara gəliblər ki, iş adamının hərəkətlərində heç bir cinayət tərkibi yoxdur.

“Bu gün mənə müraciət edən bir çox həmvətənlərim ürək ağrısı ilə Ermənistanda törədilən qanunsuzluqlardan və özbaşınalıqdan danışırlar. Sizin qurduğunuz korrupsion-quldur sistem öz qara işini görməkdədir. Son illərdə sizin komandanız 34 iri erməni iş adamını talayıb. Artıq sınaqdan keçirilmiş sxemdən istifadə olunur: əvvəlcə adamlardan “Vətən naminə” böyük pullar alınır, sonra isə onlara qarşı iş düzüb-qoşulur ki, biznesdən və Ermənistandan qovulsunlar, “satılmış” obyektlər isə onlara xərclənən pullarla bərabər mənimsənilir. Həmin iş adamlarının başına Sizin, Robert Koçaryanın və Tiqran Sarkisyanın mənim başıma açdıqları oyunılar gətirilir. Bax, beləcə Siz və sizə bənzərlər dilənçi Ermənistanda özünüzə çoxmilyardlıq varidat toplamısınız”, - məktubda bildirilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan prezidenti müdafiə nazirinə yeni müavin təyin edib

    Ermənistan prezidenti müdafiə nazirinə yeni ...

    3-06-2016, 02:04

  • 
  • Ermənistan prezidenti İsveçrədə oliqarxla birlikdə istirahət edir

    Ermənistan prezidenti İsveçrədə oliqarxla ...

    3-08-2017, 18:41

  • 
  • Sarkisyan yenə hədələdi

    Sarkisyan yenə hədələdi ...

    10-08-2014, 18:25

  • 
  • "Sarkisyan istefaya gedir" - Paruyr Ayrikyan (Yenilənib)

    "Sarkisyan istefaya gedir" - Paruyr ...

    20-07-2016, 18:07

  • 
  • Sarkisyan: «Qarabağ Ermənistanındır»

    Sarkisyan: «Qarabağ Ermənistanındır» ...

    29-09-2015, 17:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu