Ermənistan prezidenti Serj Sarkisyan məzuniyyətini İsveçrənin kurort zonasında keçirir.
Prezident oliqarx, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyanla birlikdə dincəlir. “Qagik Tsarukyan İsveçrəyə çarter reysi sifariş edib. Həmin vaxta qədər Baden-Badendə olan Sarkisyan isə oradan İsveçrəyə yollanıb və məzuniyyətini Tsarukyanla birgə keçirir. Serj Sarkisyanınm məzuniyyəti avqustun 5-də bitir. Elə həmin gün o, İrana yollanacaq və orada prezident Ruhaninin inauqurasiya mərasimində iştirak edəcək”, - xəbərdə deyilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?