Rusiya prezidenti Putin Dövlət Dumasına “Amnistiya elan olunması haqqında” qanun layihəsini təsdiq olunması üçün göndərib. Modern.az bildirir ki, qanuna əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunan, ilk dəfə sahibkarlıq sahəsində törədilən cinayətə görə məhkum olunanalar cinayət məsuliyyətindən azad olunmalıdılar. Bununla yanaşı, bu maddələrlə ittiham olunana və barələrində ibtidai istintaq və məhkəmə qərarları gözlənilən şəxslərə qarşı da qaldırılan işlərə xitam verilməsi təklif olunur. Qanun layihəsi bu cinayətlərin tam siyahısını təqdim edir. Amnistiya cinayəti zorakılıq və hədə-qorxu yolu ilə cinayət törədən şəxslərə şamil edilmir. Amnistiyanın tətbiq edilməsi üçün mütləq şərt kimi şübhəli şəxsin yaxud ittiham olunan şəxsin zərərçəkənə əmlakının qaytarılması yaxud zərərin ödənilməsi daxildir. Amnistiya layihəsinə təkcə məhum olunmuşlar deyil, həm də real həbs müddətinə məhkum olunmayanlar, şərti azadlıqdan məhrum olunanlar, şərti azadlığa buraxılanlar və cəza müddəti təxirə salınan şəxslər də daxil olunacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?