İran rəsmiləri paytaxt Tehranda keçirilən və spirtli içkilərin təklif edildiyi partilərdə iştirak edən 230 gənc kişi və qadını həbs edib. Bu məlumatı ISNA xəbər agentliyi yayıb.
ISNA-nın müxbiri cümə günü bildirib ki, gənclər alkoqol içdikləri və hər iki cinsin iştirak etdiyi partidə rəqs etdikləri üçün həbs ediliblər.
İranda alkoqol içmək və bir-biri ilə əlaqəli olmayan kişi və qadınların eyni əyləncə məclislərində iştirak etməsi qadağandır.
Verilən məlumata görə, Tehranın şimalında keçirilən partidə ifa edən iki müğənni də həbs edilib. O cümlədən, spirtli içiklərin və narkotik maddələrin müsadirə edildiyi bildirilir.
Polis ilin ən qısa gününü qeyd etmək məqsədilə keçirilən parti haqqında məlumatı Instagram-da yerləşdirilən elan vasitəsilə əldə edib.
İlin ən qısa günü İranda ənənəvi bayram kimi qeyd edilir və Yalda adlanır.
Sorğu
Yeni dizaynımız necədir?