AXCP gənc fəalı, Suraxanı rayon təşkilatının üzvü Rahib Hacıyev həbs edilib. Bu barədə Turan-a AXCP-dən bildiriblər. Gənc hələ bazar günü qanunsuz narkotik saxlamaq ittihamı ilə saxlanılıb. O, 2 ay müddətinə həbs edilib. Məhkəmə həbs haqqında təqdimata vəkilin iştirakı olmadan baxıb, fəalın doğmalarına isə həbs haqqında məhkəmə qərarından sonra bildiriblər.
Narkotik saxlamaq ittihamı xoşagəlməz müxalifət fəallarının həbsi üçün sevimli metoda çevrilib. Prezident seçkiləri ərəfəsində hakimiyyət sosial şəbəkələrdə və gənclərin küçə aksiyalarında fəal olanların mümkün qədər çoxunu zərərsizləşdirməyə çalışır.
İlin əvvəlindən artıq 20-dən çox gənc fəal barmaqlıqlar arxasına salınıb.
AXCP Hacıyevin müdafiəsinə müstəqil vəkil cəlb etmək niyyətindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?