«102-ci hərbi baza hərbiçilər, ordu, sərhədçilər və onlarla əməkdaşlıq edənlər Ermənistanın təhlükəsizliyini etibarlı qoruyurlar». Modern.az bildirir ki, bu bəyanatı iyunun 25-də Yerevanda olan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ikitərəfli sənədlərin imzalanması zamanı deyib.
“Ermənistanın təhlükəsizliyini təmin edəcək kifayət qədər güc və vasitə var və bu mövzuda heç bir narahatçılıq olmamalıdır”-deyə Patruşev vurğulayıb.
“Biz 102-ci hərbi bazanı təftiş edərkən əmin olduq ki, hərbiçilər, ordu, sərhədçilər və onlarla əməkdaşlıq edənlər Ermənistanın təhlükəsizliyini etibarlı qoruyurlar”-deyə TŞ katibi əlavə edib.
KİV-lərdə geniş yayılan Rusiyanın Azərbayvcana silah satması məsələsinə gəlincə isə Patruşev qeyd edib ki, Rusiya silah ticarəti zamanı beynəlxalq tələb və öhdəlikləri, o cümlədən Rusiya Federasiyası qanunlarına tam riayət edir. Bununla yanaşı Patruşev Rusiya ilə Ermənistan arasında mövcud olan strateji münasibətləri xatırladıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?