Britaniya dəniz donanmasının freqatı Milad günü Rusiyaya məxsus döyüş gəmisini Şimal dənizində Böyük Britaniya suları yaxınlığından kənarlaşanadək müşayiət edib.
Kral Dəniz Donanmasının rəsmiləri Böyük Britaniya suları yaxınlığında bu növ keçid hallarının müntəzəm olduğunu, lakin ötən günlərdə bu marşrutla keçən Rusiya gəmilərinin sayının artdığını bildirib.
Britaniya bu yaxınlarda Rusiyanın dəniz altından keçən internet kabellərinə yeni təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Dənizin dibində çarpaz şəkildə yerləşdirilmiş kabellər ölkələr və qitələri biri-biri ilə birləşdirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?