Vaşinqtonda İranın regionda təsirinin “təhlükəli” bir şəkildə artması səbəbindən İsrail sərhəddinədək yaradılan “İran yolu”na qarşı təcili olaraq bir şeylər edilməsi qərarı 2017-ci ilin may ayında alınıb. Donald Trampın milli təhlükəsizlik komandasının əsas üzvləri arasında alınan bu qərar sadəcə bəsit bir əməliyyat qərarı deyil. Prezidentin möhürü olan həmin qərar İranda rejim dəyişikliyi qərarıdır. Hakimiyyətin ən üst səviyyəsində alınan bu qərarla bağlı olaraq, o günlərdə bir-birinin ardınca iki hadisə baş vermişdi.
“Ayətullah Mayk”
Birincisi, o günə qədər adının açıq yazılması qadağan edilən, adı Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) daxilindəki bütün qurumlarda belə qorxu yaradan, Üsamə bin Ladenə qarşı həyata keçirilən əməliyyata birbaşa rəhbərlik edən, terrorist olduğundan şübhələnilən yüzlərlə insana qarşı keçirilən və sonu ölümlə nəticələnən əməliyyatlarda imzası olan, “Qaranlıq Şahzadəsi”, “Cənazəçi” və “Ayətullah Mayk” ləqəblərilə tanınan Maykl Dandrea (Michael D’Andrea), İrana yönəlik gizli əməliyyatların başına gətirildi.
Mən bütün bu baş verənləri 5 iyun 2017-ci il tarixdə “MKİ-nin “Ayətullah Mayk”ı və İran” başlıqlı köşə yazımda detalları ilə anlatdım. ("Ayətulla Mayk"ın kimliyi ilə bax: http://strateq.az/manshet/176896/mki-nin-iran-bolm%C9%99sin%C9%99-r%C9%9... – terc.) İkincisi, bunun ardınca ABŞ Xarici işlər naziri Reks Tillerson Konqresdəki çıxışında İranda rejim dəyişikliyindən bəhs etdi. Bütün bunlar İrana yönəlik əməliyyatların hazırlıq düyməsinə basıldığı günlərdə baş verirdi. Nəticələri bu gün alınmağa başlanan əməliyyatın əsl başlanğıc tarixi isə sentyabr ayı oldu. Bunu da 17 oktyabr 2017-ci il tarixdə “İrana qarşı “Ayətullah Mayk” əməliyyatı başladı” başlıqlı köşə yazımla bu səhifədə anlatdım (Strateq.az bu yazının da tərcüməsini verib. Bax: http://strateq.az/manshet/205593/irana-qarsi-ay%C9%99tullah-mayk-%C9%99m... – tərc.).
Daxili sabitsizləşdirmə planı
Sentyabr ayından sonra ABŞ-ın yeni Milli təhlükəsizlik strategiyası elan edildi. O sənəddə artıq İranın hədəflənməkdə olduğu açıqca söylənirdi. Milli təhlükəsizlik strategiyası sənədinin ABŞ ilə İsrailin regiondakı ortaq maraqlarının nəzərdə tutularaq yazıldığını Vaşinqtonda hər kəs bilir. İsrail, regionda artan İran təsirini “həyati təhdid” olaraq görür. ABŞ isə İranı regondakı ən təhlükəli dövlət olaraq qəbul edir. Vaşinqtonda verilən qərar İran hakimiyyətinin xaricdə öz gücünü möhkəmləndirməyə yönəlik konsentrasiyasını əngəlləyəcək bəzi daxili qarışıqlıqlara yol açma planını nəzərdə tuturdu.
Təxribat həyata keçirildi
Amerikanın tətbiq etdiyi sanksiyalarla getdikcə çətinliyə düşdüyü məlum olan İran iqtisadiyyatı ölkə daxilində qarışıqlıq törətmənin ən asan hədəfi olaraq təsbit edildi. Regionda, bölgədə əməliyyat gücü yüksək olan İsraildən də agent yardımı alınaraq, təxribatlar həyata keçirildi və küçələr qarışdırıldı. Ayrıca, Vaşinqtonda “Ayətullah Mayk”ın mütəxəssislik sahəsi olan PUA-larla reallaşdırılan sui-qəsd planlarının da olduğu, bunların önəmli hissəsinin də İsraillə ortaq olaraq, İraq Kürd Regionundan idarə ediləcəyi söylənilir.
Sorğu
Yeni dizaynımız necədir?