Kürdlərin fəallaşması digər millətlərin də ayağa qalxmasına səbəb olacaq
ABŞ və Avropanın İrana qarşı tətbiq etdiyi sanksiyalar, molla rejiminin dəstək verdiyi Suriya rejiminin laxlaması İran daxilində etnik qrupları hərəkətə gətirib. Xatırladaq ki, iqtisadi sanksiyalar və neft embarqosu İran dövlətini sarsırıb, ölkə iqtisadiyyatını uçurumun astanasına gətirib. Ölkə iqtisadiyyatı çöküb, milli valyuta dəyərdən düşüb, iri şirkətlər bağlanır, ölkədə işsizlik sürətlə artır. Bütün siyasi dəyişiklik və kataklizmlərin iqtisadi böhran nəticəsində baş qaldırdığını nəzərə alsaq, İranın yaxın vaxtlarda ciddi siyasi təlatümlərə meydan olacağı gözlənilir. İranın xarici siyasətdə də uğursuzluqları sıralanıb. Artıq molla rejimindən açıq dəstək alan Suriya hakimiyyəti son günlərini yaşayır. Suriyada müxalifətin hakimiyyəti ələ alması an məsələsidir. Kürdlərin fəallaşması həm də Suriyada müxlifətin güclənməsi ilə bağlıdır. Xəbər saytlarının verdiyi məlumata görə, kürd silahlıları İranın hərbi konvoyuna hücum ediblər. Türkiyəni bölməyə çalışan terrorçu PKK-nın İran uzantısı olan PJAK –ın komandirlərindən olan Rizan Cavid İranda yaşayan kürdlərin hüquqlarının pozulmaısndan danışıb. Kürd yaraqlı deyib ki, İranda kürdlərin entik mənsubiyyəti məhv edilib, molla rejimi kürd xalqının etnik diskriminasiyaya məruz qoyur. Qeyd edək ki, PJAK ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır. Bu təşkilatın İranda yaşayan və bəzi mənbələrdə sayı 12 milyon göstərilən kürdlərə dəstək verdiyi bildirilir. Maraqlıdır ki, İranda kürdlərə qarşı diskriminasiya faktları barədə deyilənlər həqiqəti əks etdirimir. Kürdlər irandilli xalqdırlar və panfarsist rejim tərəfindən həmişə əziz tutulublar. Qədim Azərbaycan türk mahalı olan Urmiyanı da kürdlərə molla rejimi bağışlamaq istəyir. Molla rejimi kürdləri kütləvi şəkildə Urmiya və ətrafına kürdləri yerləşdirir. Etnik kimliyin itirilməsi ilə bağlı deyilənlər həqiqətə uyğundur. Çünki İranda qeyri-farslar etnik ayrı-seçkiliyə məruz qalırlar. Kürdlərin fəallaşması bununla bağlı deyil. Yaşadığı bütün ölkələrdə mərkəzi hakimiyyətə qarşı çıxan, separatçılıq edən kürdlərin niyyəti bölünəcək İranda müəyyən imtiyazlara, torpaqlara sahib olmaqdır. Bu gün kürdlər İraqda, Türkiyədə, Suriyada silahlıdırlar, İranda silahlanırlar. Hər dörd ölkədə yaxın ərazilərdə yaşayan kürdlər bu dövlətlərin ərazisində “Böyük Kürdüstan” yaratmaq planı üzərində işləyirlər. Kürdlərin İranda aktivləşməsinin əsas səbəbi də budur. Böyük ehtimalla, Suriya hadisələri sona çatan kimi İranda mərkəzi hakimiyyət əleyhinə aksiyalar başlanacaq. Kürdlərin aktivləşməsi Qərbə mesaj xarakteri daşıyır. Kürdlər İranın yenidən yapılandırılmasına hazır olduqlarını göstərməyə çalışırlar. İlkin mərhələdə İran əleyhinə çıxacaq bütün güclərə dəstək verən Qərb kürdlərə də müəyyən yardımlar edə bilər. Amma post molla rejimi dönəmində İran ərazisində kürd dövlətinin qurulması mümkün deyil. Qərb bu mürtəcə plana dəstək verə bilməz. Bu, İran xalqlarının narazılığına səbəb olar. İndilikdə kürdlərin molla rejiminə qarşı çıxması İranda mərkəzi hakimiyyətin zəifləməsinə, digər millətlərin də ayaqlanmasına səbəb olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?