Mixail Saakaşvili konstitusion haqqından istifadə etdiyi halda onu həbs etməyimiz beynəlxalq imicimizə xələl gətirər.
Bu sözləri Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib. Marqvelaşvili məhkəmənin M.Saakaşvili barəsində verdiyi qiyabi həbs qərarını ləğv etmək hüququnun olduğunu bildirib və prokurorluğun bu konstitusion haqqı görməzdən gəlməsinin narahatedici durum olduğunu əlavə edib. Qeyd edək ki, Gürcüstan məhkəməsi Mixail Saakaşvilini qiyabi şəkildə 3 il azadlıqdan məhrum edib. Bundan öncə isə Tiflis Saakaşviliyə qarşı cinayət işi açmışdı. Gürcüstan hüquq-mühafizə orqanları onu səlahiyyətlərindən sui-istifadədə ittiham edirdi.
Sorğu
Yeni dizaynımız necədir?