Maykl Wolff tərəfindən qələmə alınan “Alov və Qəzəb” adlı kitabda əqli sağlamlığının yaxşı olmadığını iddia edilməsindən sonra Tramp ilk dəfə prezidentlik müayinəsindən keçib. Beləliklə ilk rəsmi tibbi müayinəsinin nəticələrinin mükəmməl olduğu bildirilib.
Virciniya ştatında yerləşən “Uolter Reed” Milli Hərbi Tibb Mərkəzindəki müayinənin ardından Doktor Ronny Jackson yazılı olaraq qısa bir bəyanat verib. Ağ Ev tərəfindən yayımlanan açıqlamada Doktor Jackson, "Prezidentin “Uolter Reed” Milli Hərbi Tibb Mərkəzindəki müayinəsi mükəmməl keçdi. Prezidentin sağlamlığı mükəmməldir və çərşənbə günü müayinənin bəzi detalları haqqında brifinq verməyi dörd gözlə gözləyirəm" deyə, bildirilib.
TRAMP HANSI MƏSƏLƏLƏRDƏ MÜAYİNƏ EDİLİB?
Trampın hansı sahələr üzrədə müayinə edildiyi bilinmir, ancaq fizioloji sağlamlığından daha çox, psixoloji sağlamlığının araşdırılması lazım olduğu müzakirə edilir.
ATƏŞ və QƏZƏB
Qey edək ki, Wolffun "Atəş və Qəzəb" kitabında Trampın zəhərlənməkdən qorxduğu üçün adətən “fast-food zənciri Macdonalds”dan kotlet sifariş etdirdiyini yazır. Amerika mediasına görə Trampın kotletlə yanaşı, pitsa ilə çox bişmiş bifşteks də yediyi və bir dəfədə iki pay şirniyyat istehlak etdiyi iddia edilir. Ağ Ev müayinəyə dair nəticələrin hamısını çatdırmaq məcburiyyətində deyil, ancaq Ağ Ev sözçüsü Sarah Sanders keçmiş prezidentlərin sağlamlığı ilə bağlı ictimaiyyətə elan olunan nəticələrin eynisini bəyan edəcəklərini ifadə etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?