Cənubi və Şimali Koreyalar arasında bir neçə gün keçirilən danışıqlardan sonra ABŞ dövlət katibi Reks Tillerson Vankuverdə xarici işlər nazirlərinin toplantısına qatılacaq. Danışıqlar Pxenyanın nüvə və ballistil təhlükələrinin qarşısını almaq üçün diplomatic təzyiqlərin artırılması məqsədi daşıyır.
Xarici işlər nazirlərinin yanvarın 16-da keçiriləcək görüşündə Şimali Koreyanın BMT sankiyalarını ötmək səylərinə qarşı beynəlxalq təzyiq kampaniyası nəticəsində əldə edilmiş uğurlar dəyərləndiriləcək.
Görüş iştiraçılarının Koreya müharibəsi dövrü Cənubi Koreyaya dəstək məqsədilə hərbi qüvvə və himanitar yardım göndərmiş ölkələrdən ibarət olmasına baxmayaraq, ABŞ rəsmiləri bildiriblər ki, toplantının özündə əsas diqqət mərkəzi hərbi planın koordinasiya məsələsinə yönəlməyəcək.
ABŞ Dövlət Departamentinin rəsmisi Brayan Huk deyib ki, danışıqların əsas məqsədi “Kim Yonq Un rejiminə təzyiqlərin davam etdirilməsi yollarının tapılması və eyni zamanda diplomatik variantın açıq və mövcud olduğunu nümayiş etdirməkdən” ibarətdir.
Dövlət katibinin ictimai diplomatiya və xarici işlər məsələləri üzrə yardımçısı Stiv Qoldşteyn Amerikanın Səsinə bildirib ki, Vankuverdə xarici işlər nazirlərinin görüşündə “hərbi variant müzakirə olunmayacaq”.
“Bu, hamının sanksiyalar məsələsində eyni mövqedə olduğuna əmin olmaq xarakteri daşıyır. İştirakçılar bu sanksiyaların yerinə yetirilməsini təmin etmək üçün bizim əlavə nəsə edə biləcəyimizi müzakirə edəcəklər”, o bildirib.
Pentaqonun bildirdiyinə görə, ABŞ-ın müdafiə naziri Cim Mattis Birləşmiş Ştatların məsələyə hərtərəfli yanaşmasını nümayiş etdirmək məqsədilə Vankuverdə iştirakçıların qəbulu ziyafətində iştirak edəcək.
“O, dövlət katibi Tillersonla həmrəyliyini nümayiş etdirəcək. Biz diplomatlarımızın güc mövqeyindən müzakirə apardığına əmin olmaq məqsədilə onlara dəstək üçün buradayıq”, Pentaqonun sözçüsü Dana Uayt bildirib.
Birləşmiş Ştatlar Şimali Koreyanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağan edilmiş fəaliyyətlərlə məşğul olan gəmilər vasitəsilə maliyyə və resurslar əldə etmək imkanının qarşısını almaq üçün bütün variantları araşdırır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?