GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə ordusu ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə qarşı: döyüş başlayır...

Türkiyə ordusu ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə qarşı: döyüş başlayır...

Tarix: 17-01-2018, 12:20 Bölmə :Dünya Baxış: 399
Türkiyə ordusu ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinə qarşı: döyüş başlayır...


Türkiyə Suriyada yeni hərbi əməliyyatlara başlamağa hazırlaşır və prezident Ərdoğanın az qala hər gün çıxışlarında yüksək səslə bəyan etdiyi kimi türk ordusu “hər an qəfildən” hücuma keçə bilər. Belə görünür ki, Türkiyə rəhbərliyi Suriyada PKK-nın uzantısı hesab edilən kürd silahlı birləşmələri YPG-yə qarşı hərbi əməliyyatlara başlamaq barədə siyasi qərar verib və indi hücumun başlaması gün məsələsidir.

Türkiyə Suriyanın şimalında yerləşən Afrin bölgəsinin YPG qüvvələrinin nəzarətində olmasını istəmir. Çünki bu bölgə Türkiyənin Hatay və Kilis bölgələri ilə sərhəddir. Başqa sözlə, Türkiyə öz sərhədlərində YPG qüvvələrinin mövcudluğunu qəbul etmir. Digər tərəfdən Suriyada hərbi iştirakını gücləndirərək bu ölkənin taleyinə dair gələcək siyasi danışıqlarda söz sahibi olmağa çalışır.

Çünki Türkiyənin Suriyaya dair maksimum hədəflərinə, yəni Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılaraq Dəməşqdə ələvilərin rejiminə son qoymağa, yerində sünni rejimi qurmağa nail olmaq mümkün olmayıb. Rusiyanın və İranın dəstəyi ilə Bəşər Əsəd hakimiyyətdə qalıb, üstəlik İŞİD üzərində qələbədən sonra Suriya ordusu Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə ölkənin şimalını-Türkiyənin maraq zonası sayılan İdlibi də müxalif silahlı birləşmələrdən geri almaq üçün şiddətli hücum əməliyyatları keçirir.

Həmin bölgədə isə həm Türkiyənin dəstəklədiyi “Azad Suriya Ordusu” və digər silahlı birləşmələr, o cümlədən ABŞ-ın müttəfiqləri YPG və PYD kürd birləşmələri mövqe tutub. Bundan əvvəl Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatı ilə İŞİD-i öz sərhədlərindən uzaqlaşdıra bilmişdi, lakin məsələ kürdlərin nəzarətində olan bölgələrə gələndə hərbi əməliyyatlar dayandırıldı. Çünki bu, birbaşa ABŞ-la toqquşma demək olardı və Vaşinqton Suriyada İŞİD-ə qarşı döyüşən əsas müxalif qüvvə kimi dəstəklədiyi YPG-PYD birləşmələrinin Türkiyə ordusu ilə birbaşa döyüşə girməsinə yol verə bilməzdi.
Nəticədə Türkiyə ordusu kürdlərin nəzarətində olan Menbiçə çatanda dayandı. Türkiyənin bütün hədələrinə baxmayaraq kürd qüvvələri Menbiçi tərk edib Fərat çayının şərq sahilinə çəkilmədi. Və ABŞ da kürdlərin Menbiçi tərk etməsi üçün təzyiq göstərmədi. Beləliklə də Suriyanın şimalında yerləşən Menbiç və Afrin bölgələri kürdlərin nəzarətində qaldı. “Fərat qalxanı” əməliyyatının başa çatmasından sonra ABŞ kürd qüvvələrinə minlərlə TIR dolu silahlar verdi və beləliklə də Türkiyənin terrorçu hesab etdiyi kürd birləşmələrinin döyüş qabiliyyəti daha da gücləndi. Hansı ki, kürdlərin əsasını təşkil etdiyi “Suriya Demokratik Qüvvələri” İŞİD-i sıxışdırıb “xilafətin paytaxtı” Rakkadan çıxardı və orada kürd bayraqları qaldırıldı.

Lakin Türkiyə Suriya hərbi əməliyyatlar teatrında kürdlərin ABŞ-ın dəstəyi ilə öz mövqelərini gücləndirməsi ilə barışmaq istəmir. Ərdoğan dəfələrlə ABŞ-ə Suriyada “terrorçuları dəstəkləməkdə və Türkiyə ilə müttəfiqlik öhdəliklərini pozmaqda”, “xəyanətdə” və digər bu kimi əməllərdə ittiham edib. Və indi Ərdoğan bəyan edib ki, Afrinə hücum edəcək və oranı terrorçulardan təmizləyəcək.

Türkiyə mediasında yer alan xəbərlərə görə neçə gündür ki, türk ordusu Suriya ilə sərhədə zirehli texnika və əsgər cəmləşdirir. Gözlənilir ki, bu dəfə də Suriyaya müdaxilə “Azad Suriya Ordusu” dəstələrinin iştirakı ilə həyata keçiriləcək. Və “Azad Suriya Ordusu” dəstələri “Fərat qalxanı” əməliyyatında olduğu kimi bu dəfə də öndə gedəcək, Türkiyə ordusu isə onlara qurudan tanklarla və artilleriya ilə, havadan qırıcılarla dəstək verəcək.

Hərbi əməliyyatın ssenarisi də mətbuatda müzakirə olunur. Bu məlumatlara görə Türkiyə aviasiyası və artilleriyası əvvəlcə Afrinə güclü zərbələr endirəcək, ardınca qurudan müdaxilə başlayacaq. Əməliyyatda Türkiyənin İdlib bölgəsində yerləşdirilmiş kontingenti də dəstək verməlidir. Əməliyyatın gedişində Afrin yaxınlığındakı Minnak aerodromunu da tutmaq planlaşdırılır. Hava zərbələri və artilleriya ilə vurulacaq hədəflərin müəyyənləşdirildiyi də bildirilir. Çünki Türkiyə 2017-ci ildə 3 dəfə Afrin əməliyyatını planlaşdırıb, ancaq görünür diplomatik və siyasi şərtlərin uyğun olmaması səbəbindən qərar verilməyib.

Hazırda sərhədə hərbi texnika və əsgər cəmləşdirilməsi davam edir. Türkiyə ordusunun Afrin istiqamətində sərhədə yaxın yerləşdirilmiş artilleriya bölmələrinin “Fırtına” özüyeriyən qaubitsalarının lülələri Suriyaya tərəf döndərilib.

Afrin Suriyanın şimalındakı digər kürd ərazilərindən təcrid olunmuş vəziyyətdədir və hərbi dəstəyi ABŞ-dan ancaq hava yolu ilə ala bilir. Bu baxımdan Türkiyə ordusunun hücumu zamanı digər bölgələrdən kürd qüvvələrinin Afrinə köməyə göndərilməsi çətin olacaq. YPG qüvvələri Türkiyə ordusunun uğurlu hücum əməiliyyatı qarşısında ancaq Suriya ordusunun və İran İnqilab Keşikçiləri Korpusunun nəzarətində olan, Rusiyanın maraq zonası sayılan Hələb bölgəsinə doğru geri çəkilə bilər.

Lakin bu, Afrinin kürdlərdən təmizlənməsi və “Azad Suriya Ordusu”nun nəzarətinə verilməsi əməliyyatının asan keçəcəyi mənasını vermir. Müxtəlif mənbələrə görə Afrində yaxşı silahlanmış və döyüş qabiliyyətli on minlərlə kürd döyüşçüsü var. Kütləvi səfərbərlik nəticəsində Afrində 30 minə qədər kürd döyüşçüsünün Türkiyə ordusuna qarşı dayanacağı təxmin edilir.

Üstəlik indi üzə çıxıb ki, ABŞ gizlicə olaraq Afrindəki YPG qüvvələrinə daşınan zenit raket kompleksi “Stinger”lər verib. Bu da Türkiyə aviasiyasının işini xeyli çətinləşdirəcək. Nəticədə Türkiyə ordusunun Afrinə hücumu ciddi itkilərlə müşaiyət oluna bilər. “Fərat qalxanı” əməliyyatı zamanı Türkiyə ordusunun onlarla tank və zirehli maşın, əsgər itirdiyi məlumdur. Bu itkilərin əvəzində Suriyanın şimalında cəmi 2 min kvadrat kilometr ərazi Türkiyəyə bağlı qüvvələrin nəzarətinə keçmişdi.

ABŞ və Rusiyanın Türkiyənin gözlənilən Afrin əməliyyatına necə reaksiya verəcəyi də məlum deyil. Yuxarıda deyildiyi kimi ABŞ üçün YPG Suriyada əsas müttəfiqdir və kürd birləşmələrinin Türkiyə ordusu tərəfindən əzilməsi Vaşinqtonun maraqlarına qətiyyən uyğun deyil. Rusiyaya gəldikdə isə o, Türkiyənin Suriyanın şimalına müdaxilə edib ABŞ-ın dəstəklədiyi qüvvələrlə döyüşməsinə ilk baxışdan qarışmaq istəmir. Çünki bu, Rusiyanın maraqlarına uyğun görünür.

Lakin kürd kartından regionda ABŞ kimi Rusiya da istifadə edir. Yəni kürdlər ABŞ-la yanaşı Rusiyanın da müttəfiqləridir. Təsadüfi deyil ki, Suriyada siyasi nizamlamaya dair Moskvanın təşkil etdiyi danışıqlara kürd nümayəndələri də dəvət olunub və bu da Ankaranın etirazı ilə müşaiyət olunur. Türkiyə və Rusiya arasında münasibətlər hazırda nə qədər isti görünsə də Suriya məsələsində maraqlar diametral fərqli olaraq qalır. Digər tərəfdən Rusiya istəməzdi ki, Suriyanın şimalında Ağ dənizə çıxışı olan strateji Afrin bölgəsi Əsədə qarşı döyüşən “Azad Suriya Ordusu”nun nəzarətinə keçsin. Bu baxımdan Rusiyanın Afrin ətrafında cərəyan edəcək proseslərdə necə hərəkət edəcəyi məlum deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır

    7 minlik türk ordusu 4 istiqamətdə hücuma başlayır ...

    5-07-2017, 12:10

  • 
  • ABŞ-ın hərbi texnikaları Türkiyə sərhədinə yeridilir: Son durum

    ABŞ-ın hərbi texnikaları Türkiyə sərhədinə ...

    2-07-2017, 15:14

  • 
  • Türk ordusu YPG-yə qarşı hücuma keçdi

    Türk ordusu YPG-yə qarşı hücuma keçdi ...

    6-03-2017, 01:26

  • 
  • Şiddətli döyüşlər gedir - BÖYÜK HÜCUMUN ANONSU

    Şiddətli döyüşlər gedir - BÖYÜK HÜCUMUN ANONSU ...

    28-04-2017, 12:56

  • 
  • Türkiyə yaxın günlərdə Suriyanın şimalındakı kürd anklavına hücum edəcək

    Türkiyə yaxın günlərdə Suriyanın şimalındakı kürd ...

    15-01-2018, 01:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu