Türkiyə niyə birdən 72 qırıcı ilə hücuma keçdi? + Səbəb açıqlandı
Xəbər verdiyimiz kimi, dünən Türkiyə ordusu 72 qırıcını birdın havalandıraraq Afrindıki PKK/YPG terror qruplaşmasına qarşı hücuma keçib.
Dünya mediası isə niyə Türkiyənin birdən-birə 72 qırıcını havalandırmasını müzakirə edərkən isə təhlükəsizlik üzrə ekspert Abdullah Ağar buna aydınlıq gətirib.
o, 72 qırıcının birdən havalandırmasının anlamlı olduğunu bildirib. O, əməliyyata qatılan 72 qırıcının "Fərat qalxanı" əməliyyatı zamanı şəhid olan 72 türk əsgərinin ruhuna sayğı məqsədi daşıdığını deyib.
Ağar qeyd edib ki, Afrinə 72 savaş təyyarəsi ilə gerçəkləşdirilən hava hücumunun tarixdə bir bənzəri olmadığını bildirib: "Ən son 2007-ci ildə Iraqın şimalında bir əməliyyata 50 qırıcı qatılmışdı. Afrinə 72 qırıcı ilə edilən hücumda isə 113 hədəfdən 95.57 faizi dəqiq vurulub. Bu, bir rekorddur. Dünyada bunun bənzəri yoxdur"
Sorğu
Yeni dizaynımız necədir?