GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Xüsusi prokuror Müller Rusiya təhqiqatı çərçivəsində Trampla söhbət keçirmək istəyir

Xüsusi prokuror Müller Rusiya təhqiqatı çərçivəsində Trampla söhbət keçirmək istəyir

Tarix: 25-01-2018, 10:35 Bölmə :Dünya Baxış: 391
Xüsusi prokuror Müller Rusiya təhqiqatı çərçivəsində Trampla söhbət keçirmək istəyir


Xüsusi prokuror Robert Müller keçən il Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru Ceyms Komini və keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinni vəzifələrindən azad etməsini müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla söhbət keçirmək istədiyini bildirib. Bu görüş Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı aparılan təhqiqatla əlaqədardır.

Müller Trampın Kominin bildirdiyinə görə, 2017-ci ilin əvvəlində ondan Flinnin Rusiya kontaktları haqda təhqiqatı dayandırmasını istəməklə ədalətin qarşısını almağa çalışıb-çalışmadığını öyrənməyə çalışır. Flinn Vaşinqtonda Rusiyanın o zamankı səfiri ilə keçən il hakimiyyətə gəlmiş Trampın vəzifəsinin icrasına başlamasından bir neçə həftə öncə görüş keçirib. Bundan bir neçə ay sonra isə Tramp Federal Təhqiqatlar Bürosunda Rusiya təhqiqatını aparan Komini vəzifəsindən azad edib.

ABŞ xəbər agentlikləri Trampın Müllerlə söhbətə razı olub-olmayacağı və söhbətin formatı haqda dəqiq məlumatın olmadığını bildirir. Tramp prezident seçkilərində qələbə çalmaq üçün seçki kampaniyası ilə Rusiya arasında əlaqələrin olduğu haqda fikirləri dəfələrlə rədd edib.

O, bir neçə ay bundan öncə Müllerin komandasının müstəntiqləri ilə görüşməyə “100 faiz” razı olacağını bildirmişdi. Lakin bu yaxınlarda Tramp heç bir “əlaqənin olmadığı” halda söhbətə nəyə görə ehtiyac olduğunu sual edib.

Müllerin Trampın vəkillərinə Flinni vitse-prezident Pensə Rusiyanın səfiri Sergey Kislyakla görüşü haqda yanlış məlumat verdiyinə görə işdən çıxarması, onun Komiyə Flinnlə bağlı təhqiqatı dayandırmasını deməsi və sonradan Komini vəzifəsindən kənarlaşdırması haqda söhbətə çağırmaq haqda müraciəti Müllerin hazırda diqqəti ədalətin qarşısını almaq məsələsinə yönəltdiyinə işarə edir.

Tramp Komidən Flinnə dair təhqiqatı dayandırmağı tələb etdiyini rədd edərək, bunun “yalan” olduğunu bildirir.

Keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn Federal Təhqiqatlar Bürosuna Rusiyanın səfiri ilə kontaktları haqda yanlış məlumat verməkdə ittiham edildikdən sonra ABŞ dairə məhkəməsini tərk edir, Vaşinqton, 1 dekabr, 2017.
Hüquqşünas ekspertlərin bildirdiyinə görə, vəzifədə olan prezident ədalətin qarşısını almaq, ya da hansısa başqa bir cinayətə görə məhkum edilə bilməsə də, ədalətin qarşısını almaq ittihamı belə bir prosesi istəsə, Konqres tərəfindən prezidenti impiç etmək üçün istifadə edilə bilər. Keçmiş prezident Bill Klinton ədalətin qarşısını almaq ittihamı ilə impiç edilmiş, prezident Niksona qarşı isə 1974-cü ildə impiçmentlə bağlı üç maddə tətbiq edilmişdi. Klinton Senatda keçirilən dinləmələr nəticəsində bəraət qazansa da, Nikson ona qarşı korrupsiya ittihamlarından sonra istefa verməli olmuşdu.

Tramp keçən ilin may ayında Komini vəzifəsindən kənarlaşdırdıqdan bir gün sonra Ağ Evdə Rusiya rəsmilərinə onun “ağılsız” olduğunu və Komini kənarlaşdırmaqla “üstündən yük götürüldüyünü” demişdi. Bundan bir neçə gün sonra Tramp televiziyada yayımlanan müsahibəsi zamanı Federal Təhqiqatlar Bürosunun direktorunu “Rusiya məsələsi” ilə əlaqədar vəfizəsindən azad etdiyini bildirmişdi.

Bundan sonra isə Trampın etirazlarına baxmayaraq, Müller Rusiya təhqiqatını aparmaq üçün xüsusi prokuror təyin edilmişdir.

Müllerin komandası hazırda təhqiqatın gedişində Trampın kabinet üzvlərini dindirir. Keçən həftə müstəntiqlər ABŞ-ın baş prokuroru Ceff Seşşinslə müsahibə aparıb. Seşşins ABŞ senatoru və Trampın kampaniyasının müşaviri olduqda səfir Kislyakla görüşüb və onun Kominin vəzifəsindən kənarlaşdırılmasında rolu olub. Kominin özü bir neçə həftə bundan əvvəl müstəntiqlər tərəfindən dindirilib./amerikaninsesi.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp xüsusi prokuror Müller ilə görüşə ehtiyac olacağına inanmadığını bildirib

    Tramp xüsusi prokuror Müller ilə görüşə ehtiyac ...

    11-01-2018, 17:39

  • 
  • Xüsusi prokuror Müller Trampın keçid komandasının minlərlə emailinin qanuni yolla əldə edildiyini bildirib

    Xüsusi prokuror Müller Trampın keçid komandasının ...

    18-12-2017, 12:30

  • 
  • ABŞ Rusiya məsələsi ilə bağlı həbslərə başlayır

    ABŞ Rusiya məsələsi ilə bağlı həbslərə başlayır ...

    28-10-2017, 23:51

  • 
  • Seçkiqabağı vədin PƏRDƏARXASI: Tramp və Putinin Yaxın Şərq planı ORTAYA ÇIXDI

    Seçkiqabağı vədin PƏRDƏARXASI: Tramp və Putinin ...

    2-12-2017, 19:47

  • 
  • ABŞ-ın 6 strukturu Tramp-Rusiya əlaqələrini araşdırır

    ABŞ-ın 6 strukturu Tramp-Rusiya əlaqələrini ...

    21-01-2017, 23:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu