GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İqor Popov: Nazirlər əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verib

İqor Popov: Nazirlər əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verib

Tarix: 26-01-2018, 14:53 Bölmə :Dünya Baxış: 397
İqor Popov: Nazirlər əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verib


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakovda keçirilən görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər.

Bunu ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov APA-ya müsahibəsində Azərbaycan və Ermənistan XİN başçılarının Krakov görüşünü şərh edən deyib.

"Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ötən ilin oktyabrında İsveçrədə keçirilən sammitdə danışıqlar prosesinin aktivləşdirilməsi və qoşunların təmas xəttində gərginliyin azaldılması istiqamətində əlavə tədbirlərin görülməsi barədə qərar qəbul olundu. Buna müvafiq olaraq, sammitdən sonra amerikalı və fransalı həmkarlarımla, eləcə də ATƏT sədrinin nümayəndəsi səfir Kaspşiklə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə seriya məsləhətləşmələr apardıq. Eləcə də nazirlərə onların iki görüşünün təşkil edilməsinə köməklik etdik. Belə görüşlərdən axırıncısı Krakovda keçirildi. Bu görüşdə əsasən münaqişə zonasında ATƏT müşahidə missiyasının tərkibinin genişləndirilməsi də daxil olmaqla, hərbi risklərin azaldılması ilə bağlı məsələlər müzakirə olundu. Nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq verdilər. Müşahidə missiyasının genişləndirilməsi mexanizmi işə düşməzdən öncə bir sıra texniki detalların razılaşdırılması isə hələ qalır", - deyə İqor Popov vurğulayıb.

Rusiyalı həmsədr Krakovda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair daha mürəkkəb aspektlərin müzakirə olunduğunu da qeyd edib: "Danışıqlarda eləcə də münaqişənin nizamlanması ilə bağlı daha mürəkkəb, nizamlanma prosesinə maneə olan aspektlərin müzakirəsi davam etdirildi. Bu aspektlər yeni deyil, münaqişə tərəfləri onları dəfələrlə səsləndirib. Həmin aspektlər status məsələsinin həlli və ərazi bütövlüyü məsələsinin nizamlanması ilə bağlıdır.

Həmsədrlər tərəfindən söylənilən fikirlər hər iki tərəf üçün məqbul sayılan həll yolunun tapılmasına kömək etmək məqsədi daşıyır. Bizim "üçlüyün" fevral ayının birinci ongünlüyündə regiona nəzərdə tutulan səfəri zamanı və Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərimiz çərçivəsində tərəflərin mövqeyini dəqiqləşdirməyə ümid edirik".

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı konkret təkliflər və ya qərarlar varmı? Gələn ayın əvvəlində regiona səfəriniz zamanı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gündəmdə olacaqmı" sualına rusiyalı həmsədrin cavabı belə olub: "Vasitəçilər kimi biz, ali səviyyədə siyasi dialoqun davam etdirilməsinin tərəfdarıyıq. Bununla belə, yalnız tərəflərin özləri siyasi iradə ortaya qoyaraq, həlli gecikən bu münaqişəyə son qoyacaq kompromisli qərara gələ bilərlər. Eyni zamanda, ali səviyyədə növbəti sammitin keçirilməsi üçün, ilk növbədə, görüşün əsas məzmununun razılaşdırılmasına istiqamətlənən diqqətli hazırlıq işləri görülməlidir. Öz tərəfimizdən Bakı və Yerevana onlara sərfəli olan variantlar təklif etməyə səy göstəririk. Bu barədə regiona səfər zamanı da müzakirə aparacağıq. Tərəflər görüşə hazır olan anda, iki ölkənin liderlərinin iş qrafiki nəzərə alınaraq, sammitin keçirilmə müddəti və formatı daxil olmaqla mövcud variantlar təklif oluna bilər", o qeyd edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi

    Həmsədrlər İlham Əliyevlə görüşməyə gəldi ...

    15-12-2013, 12:30

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb

    Azərbaycan və Ermənistan xarici işlər nazirləri ...

    7-12-2017, 12:20

  • 
  • Azərbaycan və Ermənistan prezidenti görüşə razılıq verib

    Azərbaycan və Ermənistan prezidenti görüşə ...

    8-10-2017, 11:43

  • 
  • Əliyev-Sarkisyan görüşü ilə bağlı razılıq əldə olundu

    Əliyev-Sarkisyan görüşü ilə bağlı razılıq əldə ...

    25-09-2017, 15:58

  • 
  • Həmsədrlər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ilə əlaqədar bəyanat yayıblar

    Həmsədrlər Azərbaycan və Ermənistan XİN ...

    24-09-2017, 11:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu