GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Afrinin gizli üzü, qorxunc GERÇƏKLƏR: Qərb niyə Türkiyənin hərbi əməliyyatına qarşıdır

Afrinin gizli üzü, qorxunc GERÇƏKLƏR: Qərb niyə Türkiyənin hərbi əməliyyatına qarşıdır

Tarix: 26-01-2018, 18:46 Bölmə :Dünya Baxış: 286
Afrinin gizli üzü, qorxunc GERÇƏKLƏR: Qərb niyə Türkiyənin hərbi əməliyyatına qarşıdır


Türkiyə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə təhlükəsizliyini təhdid edən terror şəbəkəsinin məhv etməyi planlaşdırır. Bu, həm də Suriya masasında Türkiyənin regional güc olaraq əlini gücləndirəcək addımdır.

Əməliyyatın davam etdiyi vaxtda bir sıra Qərb mediasının, xüsusilə Amerika KİV-nin Ankaranın terrora qarşı mübarizəsini yanlış təqdim etmək cəhdləri də müşahidə olunur. Bu, Vaşinqtonun PKK/PYD/YPG terrorçularını dəstəklədiyi və bölgədə məhz onlar üzərindən siyasət yürütdüyü faktı fonunda informasiya müharibəsi olaraq dəyərləndirilir. Lakin ortada “Ağ ölüm” kimi görünməyən səbəblər də mövcuddur.

gundemxeber.az bidlirir ki, publika.az Afrinin görünməyən üzünü xarici mediada araşdırıb.

3 avqust 2017-ci il: PKK-nın Afrində istehsal edib Türkiyə üzərindən dünya bazarına çıxarmaq istədiyi 250 milyon lirə dəyərindəki 12 milyon ədəd “Captagon” (Amfetamin) narkotik həbi Kilis polis bölməsinin əməkdaşları tərəfindən tutuldu. Bu həblər Kilis-Taşucu limanı (Mersin)-Səudiyyə Ərəbistan xətti ilə Yaxın Şərq ölkələrinə göndəriləcəkdi. Həblərin satışından əldə olunacaq gəlirlər də kifayət qədər böyük idi. Belə ki, Afrində istehsalı Türkiyə pulu ilə 85 quruşa başa gələn “Captagon”lar sərhədi keçən kimi 5-10 lirəyə, xarici ölkələrdə isə 5-10 dollara satılır.

18 sentyabr 2017-ci il: Türkiyə təhlükəsizlik qüvvələrinin Öncüpınar sərhəd-keçid məntəqəsində həyata keçirdiyi əməliyyat nəticəsində içində 3 milyona yaxın həbin olduğu TIR saxlanıldı. Narkotik satışından əldə olunan gəlirlərin PKK terror təşkilatının maliyyələşdirilməsi üçün istifadə edildiyi dəfələrlə sübut edilib.

Türkiyə Daxili İşlər Nazirliyinin Narkotika ilə Mübarizə Dairəsinin ötən il yaydığı məlumatda deyilir ki, PKK terror təşkilatı təkcə narkotik satışından ildə 1,5 milyard dollar gəlir əldə edir. Məlumatda qeyd olunur ki, Avropadakı narkotik ticarətinin 80 faizi PKK-nın əlindədir.

Avropa Polis Ofisinin (EUROPOL) eyni tarixdə yayımladığı “Terrorun vəziyyəti və inkişafı” (TE-SAT) adlı hesabatında da bildirilir ki, PKK-nın beynəlxalq narkotika ticarətində aktiv olmasının səbəbi irihəcimli terror aktlarının həyata keçirilməsi üçün maliyyənin lazım olmasıdır.

Türkiyə mediasında müxtəlif vaxtlarda yayılmış məlumatlar Afrində təşkilatlanmış və tərkibində beynəlxalq hümanitar təşkilat adı altında fəaliyyət göstərən xüsusi qrupların da olduğu geniş şəbəkənin narkotik ticarətini həyata keçirdiyi ortaya çıxır.

2016-cı il 7 noyabr tarixində başlanan “Fərat Qalxanı” əməliyyatından təxminən 2,5 ay sonra mediada yayılan bir xəbər diqqət çəkdi. Xəbərdə Afrindəki PKK/PYD terrorçularına qida, dərman, silah-sursat aparan və bu malların transferinə lojistik dəstək verənlərin Azezdə təşkilatlanmış bir dəstənin olduğu deyilirdi. Bu dəstəyə həmin dövrdə PKK/PYD rəhbərləri ilə yaxın münasibətləri olan Əbu Ali Siccu kod adlı Zəkəriyə İyd və Mustafa Halid Kursliderlik edirdi. Dəstənin taleyi bu gün məlum deyil, lakin hələ də fəaliyyətini davam etdirdiyi ehtimal olunur.

Ən diqqətçəkən məqam isə Zəkəriyə İyd və Mustafa Halid Kursun Adanadakı “İncirlik” bazasının müdavimlərdən olmasıdır. Hər iki şəxs PYD-nin Afrindəki qruplaşmasının rəhbəri “Siyar” kod adlı terrorçu ilə yaxın əlaqələrə malik olublar. Dəstənin Afrinin xarici dünyaya çıxış qapısı olaraq gördükləri Öncüpınar sərhəd keçid məntəqəsindən ayda təxminən 1,5 milyon dollar qazandıqları deyilir.

1 dekabr 2017-ci il: Mediada məlumat yayıldı ki, PKK/PYD-nin Afrindən idarə etdiyi narkotik trafikinin əsas ünvanı Avropadan sonra ən böyük bazar olan Birləşmiş Ərəb Əmirlikləri (BAE), Səudiyyə Ərəbistanı və Kuveytin olduğu Körfəz bazarıdır. Beynəlxalq təşkilatların məlumatlarına görə, terror təşkilatının bu bölgəyə apardığı narkotikdən əldə etdiyi gəlir 600 milyon dollardan çoxdur. Bu ticarətin onurğasını isə Türkiyədə fəaliyyət göstərən, PKK-ya bağlı narkobaronlar – Fadıl Hezza, Abdulbasit Şeyho, Ömer Keşiş və Suriyanın keçmiş millət vəkili Mustafa Hamuştəşkil edir. Türkiyədə saxta pasportlarla yaşayan bu şəxslər trafikin Mersin, Kilis və İstanbul xəttinə rəhbərlik edirlər.

PKK narkotikləri təkcə yerüstü yox, yeraltı yollarla da daşıyır. Məlumatlara görə, terrorçular Afrindən Türkiyənin İslahiye bölgəsinə qədər 20 kilometrlik tunel qazıb. Bu tuneldən terrorçuların Türkiyəyə keçidi və narkotika daşınması həyata keçirilir.

Göründüyü kimi, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı bölgədə “terror dəhlizi” planının alt-üst edilməsi ilə yanaşı, həm də bu beynəlxalq narkoticarət şəbəkəsinin fəaliyyətini çökdürür. Mütəxəssislər hesab edirlər ki, bir sıra Qərb mediasının Ankaraya qarşı “səlib yürüşü”nə başlamasının səbəblərindən biri də budur. Çünki bu qədər böyükhəcimli gəliri olan narkoticarət PKK-nın təkbaşına həyata keçirə biləcəyi iş deyil. Bu terror təşkilatından Türkiyəyə qarşı istifadə edən güclər həm də onlar vasitəsilə narkoticarəti idarə edirlər. Əslində ABŞ-ın Şimali İraqdan Aralıq dənizinin Suriya sahillərinə qədər uzanan “kürd dəhlizi” planının hədəflərindən birinin məhz Əfqanıstanda istehsal edilən narkotikin Avropa və dünya bazarına çıxarılmasına yol açmaq olduğu haqda tutarlı məlumatlar mövcuddur.

2015-ci ildə Türkiyənin “Takvim” qəzetində dərc olunan “Kabil-Nyu-York narkotik xətti və PKK iqtisadiyyatı” başlıqlı məqalədə deyilir ki, əslində kürd məsələsi deyilən şey Qərbin narkomanlğıdır.

Qəzet yazır ki, xaşxaş, yəni tiryək ən bahalı narkotiklərdən olan heroin üçün ilkin xammaldır. Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisinin məlumatına görə, tiryək istehsalı illik 10 min tona yaxınlaşır. Əfqanıstan isə bunun 90 faizini istehsal edir. Ölkədə narkotik maddələri üçün ayrılan ərazi 250 min hektardır. 9 min tonluq tiryək saqqızından isə ildə təxminən 500 ton heroin əldə olunur. Əldə edilən heroinin təxminən 400 tonu digər ölkələrə göndərilir. 400 tonluq “əfqan malı”nın 100 tonunun hər il şimal istiqamətində - Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan marşrutu ilə Rusiyaya çatdırıldığı təxmin edilir. Heroinin 100 tonu da müxtəlif yollarla Çin, ABŞ, Kanada və Afrika ölkələrinə göndərilir. Qalan 200 ton heroinin ünvanı isə Avropadır. Son məlumatlara görə, Əfqanıstanda bir kiloqramı 3 min dollara alınan heroinin qiyməti Türkiyəyə çatanda 12 min dollara, Türkiyə üzərindən Avropaya çatanda isə 45 min dollara satılır. Kabil – Nyu-York xəttində ilk mərhələ olan Kabil-London marşrutunun “təhlükəsizliyi”ni məhz PKK üzərinə götürür.

PKK Əfqanıstan sərhədindəki İran bazarından aldığı heroini Avropaya çatdırmaq üçün Qəndil xəttindən istifadə edir. Məhsul əvvəlcə Türkiyəyə çatdırılır və onun kiçik bir qismi Türkiyə daxilində satılır. Qalan “böyük partiya mal” isə Yunanıstan, Bolqarıstan, Serbiya, Rumıniya, Macarıstan, Avstriya, Almaniya, Hollandiya marşrutlarından istifadə edilərək bu ölkələrdə paylanılır, məhsul sonda İngiltərəyə çatdırılır. PKK bəzən də əfqan tiryəkini xam halda alaraq özünün laboratoriyalarında istehsal edir və daha çox qazanır. PKK-nın həm İran torpaqlarındakı Qəndil dağlarında, həm də Şimali İraqdakı düşərgələrində heroin istehsal edən mərkəzləri var.

Əfqanıstandan Avropaya daşınan 200 ton heroinin nəqli və paylanılmasından PKK-ya il ərzində 2 milyard dollar çatdığı təxmin edilir. Bura digər qazanclar daxil deyil. ABŞ-da hazırlanan hesabatlarda PKK-nın illər ərzində yaratdığı büdcənin 86 milyard dollar olduğu deyilir.

Türkiyənin cənub sərhədlərində (Suriyanın şimalı) yaradılması planlaşdırılan “kürd dəhlizi” Kabil-Nyu-York xəttidə narkotik transferinin xərcini ən azı ikiqat aşağı sala, əvəzində bu şəbəkəni idarə edən böyük güclər ikiqat qazana bilər.

Amerikanın və Qərbdəki güclərin Türkiyənin “kürd dəhlizi” planını alt-üst edən “Fərat qalxanı”, İdlib və Afrin əməliyyatlarına qarşı çıxmasının arxasında geosiyasi maraqlarla yanaşı, həm də böyük pulların olduğu narkoticarət də dayanır.|musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Zeytun budağı” əməliyyatında 300-ə yaxın kürd terrorçusu məhv edilib — Rəsmi açıqlama

    “Zeytun budağı” əməliyyatında 300-ə yaxın kürd ...

    24-01-2018, 22:06

  • 
  • Türkiyə qüvvələri Suriyada Afrinə daxil olub

    Türkiyə qüvvələri Suriyada Afrinə daxil olub ...

    21-01-2018, 23:50

  • 
  • Türkiyə prezidenti: "Afrində əməliyyat əməli olaraq başlayıb"

    Türkiyə prezidenti: "Afrində əməliyyat əməli ...

    20-01-2018, 16:18

  • 
  • Şiddətli DÖYÜŞLƏR GEDİR: Türkiyə ilk QƏLƏBƏSİNİ QAZANDI

    Şiddətli DÖYÜŞLƏR GEDİR: Türkiyə ilk QƏLƏBƏSİNİ ...

    20-01-2018, 16:36

  • 
  • TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATININ GÖRÜNMƏYƏN HƏDƏFLƏRİ:neft, təbii qaz və nəqliyyat dəhlizləri...

    TÜRKİYƏNİN AFRİN ƏMƏLİYYATININ GÖRÜNMƏYƏN ...

    21-01-2018, 19:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu