Birləşmiş Ştatlar yanvarın 29-da Qara dəniz üzərində Rusiya təyyarəsinin təhlükəli hərbi hərəkətlər keçirərçən baş vermiş son insidenti böyük həyacanla qeyd edir.
ABŞ-ın Avropadakı Hərbi Dəniz Qüvvələri tərəfindən təsdiq edildiyi kimi, Rusiyanın Su-27 hərbi təyyarəsi beynəlxalq hərbi məkanda ABŞ-ın EP-3 təyyarəsinə təhlükəli şəkildə hərəkət edib: rusiyalı pilot EP-3 təyyarəsinə 5 fut məsafədə yaxınlaşaraq onun uçuş xəttinin düz qarşısından keçib. ABŞ təyyarəsi beynəlxalq qanunlar çərçivəsində əməliyyat apararkan, Rusiya tərəfi mövcud saziş və beynəlxalq qanunu, bu halda, 1972-ci il tarixli Dəniz və Dənizin üzərində İnsidentlərin Qarşısının Alınmasına dair Sazişi kobud şəkildə pozub. Bu Rusiyanın hərbi fəaliyyətlər göstərərkən beynəlxalq norma və qanunlara hörmətsizliklə yanaşmasının nümunələri arasında ən sonuncudur.
"Biz Rusiyanı səhv hesablama risklərini artıran, hər iki tərəfin ekipajlarına təhlükə yaradan, havada toqquşmalarla nəticələnə biləcək təhlükəli hərəkətlərə son qoymağa çağırırıq", sənəddə qeyd edilir./amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?