Türkiyə Ordusu Afrində davam edən “Zeytun budağı” əməliyyatında gün ərzində 21 PKK, PYD, YPG, KCK və İŞİD silahlısını zərərsizləşdirib.
Bu barədə Türk Silahlı Qüvvələri (TSK) açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, bununla da əməliyyat başlayandan bu günə qədər zərərsizləşdirilən terrorçu sayı 811 nəfərə çatıb: “Kilis sərhədində Şeyx Obasından Şinkala qədər olan şimal cəbhəsi birləşdirildi. Ayn Batna dağı YPG terrorçularından alındı, dünən ələ keçirilən Kurni Dağlarının ən yüksək zirvəsində isə artıq türk əsgərləri var".
Açıqlamada həmçinin qeyd olunur ki, hərbi təyyarələr Afrinin şərqindəki Daret İzze ətrafındakı terrorçuların mövqelərini bombardman edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?