Türkiyə artilleriyası və Hərbi-Hava Qüvvələri İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.
Məlumata görə, Türkiyənin Kilis şəhərinə Suriya ərazisindən raket zərbələri endirən terrorçuların mövqeləri radarlar vasitəsilə müəyyən edilərək “Fırtına” qaubitsaları və yaylım atəşi sistemlərindən məhv edilib. Bundan başqa, Türkiyənin Hərbi-Hava Qüvvələrinə məxsus F-16 təyyarələri İŞİD-in Əl-Rai, İhtimalat, Əl-Əthaniyəh rayonlarındakı (Suriyanın şimal hissəsi) mövqelərinə zərbələr endiriblər. Əməliyyat nəticəsində 40 terrorçu məhv edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?