“Zeytun Budağı” hərəkatında hava məkanının açılması ilə şımal-qərb xətti Kırıkhan-Hassa- Dəli Osman ərazisindəki 65 km-lik sərhədin 56 km-lik hissəsində nəzarət təmin olunub və ilk dəfə Suriyanın içərilərinə doğru 3 km irəliləyiş qeydə alınıb.
“Zeytun Budağı” hərəkatının 21-ci günündə, terror təşkilatı PKK/ PYD-nin Eşkan bölgəsindəki yerləşən Afrinin şimal sahə üzrə kəşfiyyat qərargahı dağıdılıb. Təhlükəsizlik qaynaqları, Suriyanın içərilərinə doğru azad olunan ərazi dərinliyinin 8 km-dən 11 km-ə çatdığını bildirib. Hava məkanının açılmasından sonra, terror təşkilatı PKK/ PYD-nin mövqe və nəzarət nöqtələri TSQ tərəfindən bombardmana tutulub. Yerli qaynaqların verdiyi məlumata görə, Afrinin şimal sahəsi üzrə kəşfiyyat mərkəzində 65 PKK-lı fəaliyyət göstərirmiş, PKK-nın Suriya qolu YPG-dən müstəqil olaraq Eşkan bölgəsində qurduğu şimal sahə kəşfiyyat bazası da dünən gecə keçirilən əməliyyatla məhv edilib./müxalifət.az
Sorğu
Yeni dizaynımız necədir?