Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailənin üzvləri həlak olub.
İlkin məlumatlara əsasən, yanğın zamanı Rusiya və Azərbaycan vətəndaşları - Hətəm Quliyev (1980-ci il təvəllüdlü), Leyla Quliyeva Hətəm qızı (3 yaş), Eysavar Quliyev Hətəm oğlu (6 yaş) və Əmrah (45-46 yaş) ölüb.
Sevinc Quliyeva Zaur qızı (8 yaş), Aytən Quliyeva Eysavar qızı (19 yaş), Sədaqət Quliyeva Eysavar qızı (1992-ci il təvəllüdlü), Sevinc Quliyeva Şiraslan qızı (1969-cu il təvəllüdlü), İzzət Quliyeva (82 yaş) yanıq xəsarətləri alıblar.
***
Bu barədə Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimov bildirib. Məlumata görə, yanğın, fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Hazırda ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır.
Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?