Afrində şəhərində Türkiyəyə məxsus pitolsuz uçuş apartları tərəfindən (PUA) lentə alınan görüntülərdə YPG-çilərin İran istehsalı olan “Safir” hərbi texnikasından istifadə etdiyi məlum olub.
Artilleriya ilə təchiz edilmiş “Safir”lər vasitəsilə terrorçuların Türkiyə hərbçilərini hədəf aldığı məlum olub.
Qeyd edək ki, bu gün yayılan görüntülərdə terrorçuların sözügedən texnikalar vasitəsilə Türkiyə ərazisini atəşə tutması bir daha təsdiqlənib.
Məlumata görə, raket buraxıldıqdan sonra qaçan terrorçular məhv edilməyib, onlar PUA-larla izlənilib və qərargahlarının yeri dəqiqləşdirilib. Bundan sonra Türkiyə Silahlı Qüvvələrinin dəqiq atəşi ilə terrorçuların qərargahı darmadağın edilib./axar.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?