ABŞ-ın Florida ştatındakı Parklend şəhərinin məktəblərinin birində atəş açan şəxs həbs edilib. Bu haqda Floridanın Brovard dairəsinin polis rəisi məlumat verib.
Hələlik hadisənin detalları ilə bağlı məlumat çox azdır, lakin yerli televiziya vasitəsilə verilmiş məlumata əsasən, azı 14 nəfər yaralanıb. Polis hadisənin qurbanları və onların aldığı xəsarətin nə qədər ciddi olduğu haqda hələ məlumata malik deyil.
Federal Təhqiqat Bürosunun əməkdaşlarının hadisə yerində olduğu bildirilir.
Televiziyada nümayiş etdirilmiş görüntülərdə şagirdlərin məktəb binasını qaçaraq tərk etdiyi göstərilib. Parklend şəhəri Mayamidən 72 kilometrlik məsafədə yerləşir.
Şahidlər hadisə nəticəsində xəsarət almış bir neçə şəxsin təcili yardım maşınlarına yerləşdirildiyini gördüklərini bildiriblər.
Polis və xilasetmə işçiləri hadisənin baş verdiyi ərazidədir.
Prezident Tramp hadisə ilə bağlı məlumatlandırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?