ABŞ-ın Xəstəlik Nəzarəti Mərkəzi bildirir ki, qrip bu il 84 uşağın ölümünə səbəb olub. 2018-ci ilin qrip mövsümü 2009-cu ilin donuz qripi epidemiyasından sonra ən güclüsüdür.
Ölkənin ictimai səhiyyə agentliyinin yaydığı hesabatda deyilir ki, qeyri-adi qrip virusu ölkənin 50 ştatından 48-də geniş yayılıb. İstisna olan ştatlar Sakit Okeanda yerləşən Havay və qitənin qərb sahilində yerləşən Oreqon ştatlarıdır.
Cümə günü yayılan hesabatda həm də bildirilir ki, 27 yanvar tarixində bitən həftə ərzində ABŞ-da ölüm hallarının təxminən 10 faizinin səbəbləri qrip və ya pnevmoniya olub.
Digər hesabatda isə bildirilir ki, qripə qarşı vaksinlər bu ilin qrip virusunun qarşısının alınmasında təxminən 25 faiz hallada uğurlu olub. Ekspertlər əlavə edirlər ki, uşaqlar arasında bu nisbət daha yüksəkdir.
Xəstəlik Nəzarəti Mərkəzinin dediyinə görə, həm bu il, həm də daha öncəki illərdə qrip səbəbilə ölən uşaqların əksəriyyəti vaksinasiya edilməmiş uşaqlar olub.
Mərkəzin rəhbəri Ann Şuçat müxbirlərə bildirib ki, ABŞ-ın builki qrip mövsümü növbəti həftələrdə də davam edəcəyi gözlənilir./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?