Iranda qəzaya uğrayan sərnişin təyyarəsi “İran Aseman” hava yolları şirkətinə məxsus olub. “Assosiated press” şirkətin yaydığı məlumata istinadən bildirir ki, təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki 60 sərnişin və 6 heyət üzvünün hamısı həlak olub.
Bundan qabaq şahidlərə istinadən pilotun qəza enişinə cəhd etdiyi, qəzadan sağ çıxanlar ola biləcəyi deyilirdi.
Aviaşirkət bildirir ki, ATR 72-500 tipli təyyarə Tehran-Yəsuc reysini həyata keçirərkən İsfahan vilayətində radarlardan itib. Təyyarə Dena dağına dəyərək partlayıb. Qəza rayonuna axtarış-xilasetmə briqadaları göndərilib.
***12:08
Tehran-Yəsuc reysi ilə uçuş həyata keçirən sərnişin təyyarəsinin İsfahan əyalətinin Semirem rayonunda, fermalar yerləşən ərazidə qəza enişinə cəhd etdiyi, bu zaman qəzaya uğradığı bildirilir.
Press TV xəbər verir ki, təyyarənin göyərtəsində 60-dan 100-ə qədər adam olub. Bir neçə nəfərin qəzadan sağ çıxa bildiyi qeyd olunur. Şahidlər təyyarənin çöllüyə düşdüyünü bildirirlər.
* * *11:51
Bu gün İranda sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Göyərtəsində 60 sərnişin olan təyyarə İsfahan əyalətində qəzaya uğrayıb.
Təyyarənin Tehran-Yasuc aviareysini yerinə yetirdiyi açıqlanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?