GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Payızda İrana qarşı müharibə başlayır: Azərbaycanda seçki buna görə aprelə təyin olundu?

Payızda İrana qarşı müharibə başlayır: Azərbaycanda seçki buna görə aprelə təyin olundu?

Tarix: 19-02-2018, 15:45 Bölmə :Dünya Baxış: 286
Payızda İrana qarşı müharibə başlayır: Azərbaycanda seçki buna görə aprelə təyin olundu?


İrana qarşı tezliklə hərbi əməliyyatların başlanacağı barədə xəbərlər son aylar gündəmi daha çox məşğul etməyə başlayıb.

gundemxeber.az savash.org-a istinadla xatırladır ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilməsi İrana qarşı müharibənin başlayacağına inananların sayını artırmaqdadır. Elə tərəflər arasındakı son “diplomatik atışmalar” da bundan xəbər verir.

İran narahatdır...

Məsələn, İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bu ilin yanvar ayında bildirib ki, ABŞ İranla imzalanan nüvə razıaşmasından çəkiləcəyi halda, beynəlxalq arenada doğuracaq nəticələrə də hazır olmalıdır. Əli Əkbər Salehi İranın ABŞ-ın davranışına uyğun qərarlar qəbul edəcəyini deyib.

İranla "altılıq" ölkələri arasında nüvə anlaşması 2015-ci ilin iyulunda imzalanıb. Sənədə əsasən sanksiyaların ləğvi müqabilində rəsmi Tehran nüvə proqramını məhdudlaşdırmalıdır. İranla nüvə razılaşmasını “ABŞ tarixinin ən pis razılaşması” adlandıran ABŞ prezidenti Donald Tramp ölkəsini müqavilədən geri çəkmək niyyətindədir.

Netanyahu Tehranı hədələdi: “Səbrimizi daşırmayın...”

İsrailin baş naziri Benyamin Netanyahu isə bu günlərdə Münhen təhlükəsizlik konfransı zamanı İranın ünvanına sərt hədələrlə çıxış edib. Netanyahu tribundan İsrali hava məkanında vurulmuş İran pilotsuz kəşfiyyat təyyarəsinin parçasını yelləyərək Tehrana “bizim səbrimizi daşırmayın” mesajı verib.

Payızda İrana qarşı müharibə başlayır: Azərbaycanda seçki buna görə aprelə təyin olundu?Savash.org xatırladır ki, Netanhayudan əvvəl konfransda İran xarici işlər naziri Məhəmməd Zərif çıxış etmişdi və ölkəsinin İsrailə dron göndərdiyini təkzib etmişdi. Bildirək ki, İran pilotsuz təyyarəsi Suriyadakı bazadan havaya qalxıb və İsrail hava məkanına daxil olandan bir neçə saniyə sonra vertolyotdan buraxılan raketlə vurulub. Daha sonra İsrail Suriyaya irimiqyaslı hava hücumları həyata keçirib, bu zaman Suriya hava hücumundan müdafiə sistemləri İsrailin bir F-16 təyyarəsini vurub.

Netanyahu ötən həftə Golan təpələri üzərində vurulmuş dronun parçasını yelləyərək deyib: “İran Suriyaya müdaxiləni inkar edir və bizim xalqımızı təhdid edərək pilotsuz təyyarə göndərir. Budur, həmin təyyarənin parçası. Siz bunu öz gözlərinizlə görə bilərsiniz. Zərif, öz pilotsuz təyyarənizi tanıdın? O sənindir. İrandakı tiranlara bizdən mesaj kimi onu özünlə apara bilərsən”.

İsrail baş naziri daha sonra İrana bildirib: “Bizim qətiyyətimizi sınağa çəkməyin. İsrail yol verə bilməz ki, boynuna İran terrorunun ilgəyi keçsin...Əgər lazım olsa biz təkcə İranın kuklalarına qarşı deyil, onun özünə qarşı da qəti hərəkətə keçəcəyik”.

ABŞ “sanksiya silahı”nı işə saldı...

Diqqət çəkən məqamlardan biri də ABŞ-ın İrana qarşı sanksiyaları genişləndirməsi və bu yöndə daha praktik addımlar atmağa başlamasıdır. ABŞ-ın Maliyyə Nazirliyindən yaydığı məlumata görə, sanksiya 14 fiziki şəxs və şirkətə qarşı tətbiq edilib. Qeyd edək ki, yanvarın 4-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahısına 5 müəssisə və 3 fiziki şəxsi əlavə edib.

İran kərtənkələlərdən şübhələnir

İran rəsmiləri də baş verənlərdən kifayət qədər narahat görünür. Bu narahatlıq özünü xüsusən İran silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, Ali dini liderin hərbi müşaviri, general Həsən Firuzabadinin çıxışışında göstərib.

Generalın sözlərinə görə, bir neçə il əvvəl İrana Fələstinə yardım toplamaq adı altında adamlar gəlib. Onların pul toplama marşrutu İran xüsusi xidmət orqanlarına şübhəli görünüb. Belə ki, həmin adamlar özləri ilə kərtənkələ və xameleonlar gəzdirərək səhra rayonlarına yollanıblar.

“Biz araşdırdıq ki, bu canlıların dəriləri nüvə şüalanmasına qarşı həssasdır və deməli onlar nüvə reaktorlarının, habelə uran yataqlarının yerlərini müəyyənləşdirə bilərlər. Başqa sözlə, onlar casusluq ediblər və bilmək istəyiblər ki, İranda uran yataqları haradadır və biz harada atom fəaliyyəti ilə məşğul oluruq”-İran ordu generalı deyib.

Payızda İrana qarşı müharibə başlayır: Azərbaycanda seçki buna görə aprelə təyin olundu?İrana qarşı müharibə haçan başlayacaq?
İddialara görə, Tehrana qarşı hərbi əməliyyatlara 2018-ci ilin payızında start verilə bilər. Mümkündür ki, hərbi əməliyyatlar İsrailin hərbi hava qüvvələrinin Birləşmiş Ştatların dəstəyi ilə İranın nüvə obyektlərinə zərbələr endirməsilə başlayacaq. İrana qarşı başlayacaq hərbi əməliyyatlarla əlaqədar İsrail parlamentində müzakirələr aparıldığı da yayılan xəbərlər sırasındadır. Birləşmiş Ştatlar isə müxtəlif regionlarda hərbi təlimlər həyata keçirməklə İrana qarşı başlayacaq müharibənin hazırlıqlarını görür. Təl-Əvivin İranı vurması üçün kifayət qədər hərbi potensiala malik olduğu bildirilir. Bu ölkənin hərbi hava qüvvələri son on ildə İranı vurmaq üçün çalışmalarını daha da artırıb və bir neçə dəfə irimiqyaslı hərbi təlimlər həyata keçirib. Bu məqsədlə İsrail Birləşmiş Ştatlardan 125 ədəd F-15 və F-16 qırıcı təyyarəsi alıb. Bu təyyarələr uzaq məsafədəki hədəfləri, eyni zamanda yeraltı bunkerləri belə məhv etmək qabiliyyətinə malikdir.

İsrailin hədəfindəki obyektlər

İsraillə İranı təxminən 1500-1800 kilometrlik bir məsafə ayırır. Ona görə də İsrail qırıcı təyyarələri İrana qarşı hava zərbələrini 3 istiqamətdən həyata keçirə bilərlər. Birincisi, Türkiyədən Suriya, eyni zamanda Türkiyə-Iraq sərhəddindən keçməklə, ikincisi Iraqın hava sahəsindən istifadə etmək, üçüncüsü qırıcı təyyarələrin Səudiyyə Ərəbistanındakı hərbi hava bazasından qalxmaqla.

Məlumat üçün qeyd edək ki, İsrail daha əvvəl Iraq və Suriyanın da nüvə obyektlərinə zərbələr endirmişdi. Lakin məsafələrin uzaq olması Təl-Əviv üçün bir sıra çətinliklər yaratmışdı. Anoloji proses İranı vurmaq istəyərkən də yarana bilər. İranla məsafənin nisbətən uzaqlığı Tehranın nüvə obyektləri hədəflərin dəqiq müəyyənləşdirilməsi üçün problemlər yarada bilər. Ona görə də İsrail mövcud vəziyyətdə İranı vurmaq üçün daha əlverişli coğrafi məkan seçmək istəyir.

İrana qarşı müharibədə Azərbaycan

İrana qarşı hərbi əməliyyatların başlayacağı təqdirdə ölkəmizin prosesdən kənarda qalması mümkünsüdür. Təbii ki, rəsmi Bakının tarazlaşdırılmış siyasəti Azərbaycanı mümkün müharibədən kənarda saxlamağa hesablanacaq. Amma bu mümkün olacaqmı? Sualı birmənalı cavablandırmaq mümkün olmasa da müharibə ehtimalının ölkəmizə ziyanlar vuracağı danılmazdır.

Yerigəlmişkən, Azərbaycanda oktyabr ayında keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının gözlənilmədən aprel ayının 11-nə təyin olunmasında da payızda bölgədə müharibə riskinin arta biləcəyi ehtimalının həlledici rol oynadığı da yaşamaq haqqı olan fərziyyələrdən biri olaraq qalır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ-İrana müharibəsi başlayır

    ABŞ-İrana müharibəsi başlayır ...

    25-07-2013, 10:07

  • 
  • Ketrin Eşton İrana zəmanət vermir

    Ketrin Eşton İrana zəmanət vermir ...

    9-03-2014, 14:10

  • 
  • İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyib

    İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə ...

    19-02-2015, 22:24

  • 
  • Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv olunması üçün Azərbaycanla danışıqlar aparır”

    Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv ...

    27-12-2012, 12:53

  • 
  • ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi

    ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi ...

    24-11-2013, 12:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu