Florida məktəbində ölümçül atışmanın ardınca bu gün Floridada rəsmilər yüzlərlə tələbənin qanunvericiləri silahlara nəzarət qanununu qəbul etməyə çağırmaq üçün ştatın paytaxtı istiqamətində yürüş keçirir.
Dünən gecə Tallahassiyə gələn tələbələr deyib ki, onlar ştat qanunvericilərinin tüfənglərin qadağan edilməsini rədd etmələrinin onların bu mövzunu ştatın paytaxtına gətirmələrini dayandırmalarına imkan verməyəcəklər.
Respublikaçılar ötən həftə 19 yaşlı Nikolas Kruzun AR-15 silahından istifadə edərək Floridanın Parkland məktəbində 17 nəfəri öldürməsindən sonra demokratları məsələni siyasiləşdirməkdə təqsirləndirir.
Florida və ölkənin digər yerlərindən tələbələr Parkland məktəbindəki qətliamdan təkcə kədərlənməyib. Tələbələr həmçinin siyasətçilərin kütləvi qətl hallarının qarşısını almaq istiqamətində iş görməməklərindən qəzəblidir.
Çərşənbə günü prezident Donald Tramp məktəblərin təhlükəsizliyi ilə bağlı Ağ Evin “dinləmə sessiyası” adlandırdığı görüşə valideynlər, müəllimlər və tələbələri dəvət edib.
Tələbələr martın 24-də Vaşinqton və digər böyük şəhərlərdə “Həyatımız Uğrunda Yürüş” adlı tədbir planlaşdırır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?