Dünyanın hər tərəfinə pərpətöyün toxumutək yayılmış ermənilər özlərini ən “ağıllı xalq” kimi təbliğ edərək çox şeydə birinci olduqlarını müxtəlif uydurmalarla, əfsanələrlə sübut etməyə çalışırlar. Erməni kilsəsi əsrlər boyu dünyaya təlqin edir ki, guya erməni dövləti dünyada ilk xristian dövlətidir. Hətta Vatikanda saxlanılan erməni katalikosunun büstü üzərində ermənilərin xristianlığı qəbul etdiyi tarix – “301” rəqəmi də yazılıb. Hörmətli akademikimiz Ramiz Mehdiyev 25.09.2014-cü il tarixdə “Azərbaycan” qəzetində dərc etdirdiyi “Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində” adlı məqaləsində çoxlu sayda sənədlərə istinadən sübut edir ki, xristianlığı dünyada ilk dəfə ermənilərin qəbul etdiyi barədə onların yaydıqları məlumatın heç bir elmi əsası yoxdur. Xristianlıq, ermənilərdən çox əvvəl, II əsrin ikinci yarısında – VIII Abqarın çarlığı dövründə ilk dövlət dini kimi Edessa xalqı tərəfindən qəbul edilib. R.Mehdiyev yazır: “...Bu gün aramidilli edessalılar qalmayıb. Bu xalq assimilyasiyaya uğrayaraq tarixin səhnəsini tərk edib”.
Böyük Britaniya tarixçisi Kristofor Yolker də yalançı arqumetlərə əsaslanan erməni xristian dövlətinin yaranma tarixi barədə onların iddialarını ifşa edərək yazır: “Ermənilər dünyanın yeganə millətidir ki, öz tarixlərini minlərlə miflərin, əfsanələrin köməkliyi ilə yaradırlar. Bu miflər ermənilərin Nuh peyğəmbəri ilə əlaqədar uydurduqları əfsanədən qaynaqlanır. Ermənilər bütün insanların Nuh peyğəmbərin törəmələri olduğu fikri tamamilə inkar edərək, yalnız ermənilərin onun törəmələri olduğunu deyirlər”. Öz tarixlərini yaradıb yaşatmaq naminə müxtəlif əfsanələr uydurmaqla digər millətlərin milli dəyərlərini erməniləşdirərək özlərinin milli dəyərləri kimi təqdim etməklə yanaşı, ermənilər, bütün dünya xalqlarının folklor yaradıcılığı olan qədim miflərin, əfsanələrin qəhrəmanlarını da öz adlarına çıxır, onları da özəlləşdirərək erməni əsilli tarixi şəxsiyyətlər kimi qələmə verirlər. Məsələn, onların fikrincə, Şaxta Baba ermənilərin törəməsidir. 2015-ci ilin dekabrında tarix elmləri doktoru, erməni professor – etnoqrafı Rafael Naapetyan Yerevanda mətbuat konfransında bəyan etmişdir ki, Şaxta Baba erməni əsillidir. Guya Şaxta Baba – xristianların müqəddəs hesab etdiyi Nikolay Çudotvorets (möcüzə yaradan Nikolay) 280-ci ildə anadan olub və milliyyətcə ermənidir. Hətta ən yaxşı doktor kolbasasının da icad edilməsi ermənilərsiz “ötüşməyib”. Deməsən, bu kolbasa 1936-cı ildə Anastas Mikoyanın resepti və göstərişi ilə hazırlanıb. Bu barədə 01.01.2016-cı il tarixdə ORT kanalının aparıcısı tam ciddiliklə məlumat yaymışdır. Bu ilin ilk günlərində Ermənistan İnformasiya Agentliyinin yaydığı məlumata görə Səudiyyə şahzadəsi milyarder Əl-Valid ben Talal da (Səudiyyə Ərəbistanı kralının yaxın qohumu) erməni əsillidir. Guya o, “erməni genosidi” zamanı Səudiyyə dövləti banisinin hərəmxanasına aparılan erməni qadını Münayirin nəvəsidir. Göründüyü kimi ermənilərin bu kimi, heç bir elmi əsası olmayan uydurmaları onların xəstə təxəyyüllərinin məhsulundan başqa bir şey deyildir. Bir çox erməni tarixçi alimləri də öz tarixlərinin elmi əsaslara deyil, miflərə söykəndiyini etiraf edirlər. Məsələn, erməni tarixçisi Haykazyan 100 il bundan öncə ‒ 1919-cu ildə yazdığı və Parisdə dərc etdirdiyi “Erməni tarixi” kitabında yazır: “İlk erməni sülaləsinin başçısı tarixdə olmayıb. O, nağıllardan götürülmüş uydurma şəxsiyyətdir”. Öz millətinin saxtakar tarixə malik olduğunu digər erməni alimi V.Petrosyan da “Erməni eskizləri” əsərində təsdiqləyir: “Erməni tarixi... sanki satqınsız, saxtakarsız ola bilməz”. Tarixlərini uydurma əfsanələr əsasında yaratmaqla ermənilər özlərinin digər millətlərdən üstünlüklərini, Serj Sarkisyanın dediyi kimi, regionda yaşayan xalqlar içərisində ən güclü intellekt potensialına malik olan “ən ağıllı xalq” olduqlarını sübut etməkdir. Halbuki, özlərini hamıdan üstün tutan erməniləri heç xalq adlandırmaq da düzgün deyil. Əslində onlar hələ bir millət kimi tam formalaşmayan etnosdur. Çünki, “xalq” sözü çox geniş məfhumdur. Bu məfhum, tərkibində bir çox millətin, etnik qrupun çoxlu sayda nümayəndələrinin, mehribançılıq, biri-birinə hörmət, dözümlülük, sabitlik şəraitində yaşadıqları ölkə əhalisinin geniş miqyasda ifadəsidir. Yəni “Xalq” deyəndə ilk növbədə ölkə əhalisinin tərkibində müxtəlif millətlərin, etnik qrupların minlərlə, yüz minlərlə nümayəndələrinin təmsil edildiyi anlamına gəlirik. Məsələn, Azərbaycanda yaşayan əhalinin tərkibində 60-dan artıq millətin, etnik qrupun tolerantlıq, mehribançılıq şəraitində yaşayan nümayəndələri geniş şəkildə təmsil olunduqlarından ölkə əhalisi haqlı olaraq Azərbaycan xalqı adlandırılır. Əsasən bir millətin yaşadığı və bu milllətin etnik təmizləmə yolu ilə monoetnik dövlət yaratdığı bir ölkədə, yəni Ermənistanda yaşayan əhalini xalq adlandırmaq, onları dünya xalqlarının səviyyəsinə yüksəltmək, məncə düzgün deyil. Hətta, vaxtilə Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun Türkmənçay müqaviləsi bağlandıqdan (1828-ci il) sonra ermənilərin İrandan köçürülməsi prosesi ilə əlaqədar rus imperatoruna yazdığı məktubda belə ermənilərə “xalq”, “millət” deməyə dili gəlmir, onları “tayfa” adlandırır: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq bura bizim qədim dədə-baba torpaqlarımızdır deyəcəklər”. Ermənilər, özlərinin uydurduqları kimi Nuh peyğəmbərin deyil, müxtəlif ölkələrdə (İranda, Suriyada, Livanda, Hindistanda və s.) yaşayan etnik qrupların, millətlərin qarışığından törəmiş bir etnosdur və hələlik bir millət kimi formalaşmaqdadır. Bu gün onlara ən çoxu millət statusu verib, onları “millət” adlandırmaq olar. Azərbaycanın tədqiqatçı alimi Elşad Əlili ermənilərin mənsuniyyəti barədə apardığı çoxlu araşdırmalardan, tədqiqatlardan sonra bu nəticəyə gəlir ki, müasir ermənilər müxtəlif xalqlardan formalaşmış, xristian dininin erməni-qriqoran qolunu qəbul etmiş “Konqlomeratdırlar” (“Konqlomerat” sözü qarışıq, müxtəlif tərkibli deməkdir). Ermənilərin müxtəlif millətlərin törəmələri olduqlarını Böyük Sovet Ensiklopediyası da təsdiqləyir: “Ermənilər Hindistandan qaçıb gələn qaraçılar olmaqla, indiki Suriya-Livan ərazilərində yaşamış... və yerli əhaliyə qaynayıb qarışmışlar”. Bu fikir 1987-ci ildə erməni jurnalı “Murs”da da öz əksini tapır: “Ermənilərin arasında xeyli miqdarda assimilyasiya olunmuş qaraçılar var”. Görünür, erməni etnosu formalaşanda müxtəlif millətlərin, etnik qrupların tör-töküntülərində olan hiyləgərlik, riyakarlıq, həyasızlıq, satqınlıq, saxtakarlıq, qorxaqlıq və s. bu kimi ən pis alçaq keyfiyyətlər də onların iliyinə hopmuş, qanına keçmişdir. Dünyada, bəlkə də, elə bir millət yoxdur ki, onların erməniləri yaxından tanıyan məşhurlarından heç olmasa bir-iki nəfəri bu millət barədə müsbət bir fikir söyləsin. Onlarla, yüzlərlə məşhur şəxsiyyətlər öz əsərlərində, deyimlərində ermənilər haqqında yalnız mənfi fikir söyləmiş, onların alçaq təbiətlərini, xarakterlərini ifşa etmişlər. Hətta, böyük rus şairi A.S.Puşkin, məlum olduğu kimi, əsərlərinin birində “erməni” məfhumunu söyüşün sinonimi kimi işlədib: “Sən qorxaqsan, sən köləsən, sən ermənisən”. Rus tarixçisi V.L.Veliçko yazır: “Erməni zəiflərə qarşı qəddar, güclü qabağında isə kölə kimi mütidir”. Gürcü şairi İ.Çavçavadze isə erməniləri “dost cildinə girmiş düşmən” adlandırır. Fars şairi Sədi Şirazi demişkən “İnsanlığın düşməni”, “Şər və zillət mənbəyi” olan ermənilər barədə bu kimi fikirlər söyləyən yüzlərlə tanınmış şəxsiyyətlərin adını çəkmək olar. Aydın məəslədir ki, bütün dünya ermənilərin yalançılığına, saxtakarlığına yaxşı bələd olduğundan onların ilk xristian dövləti olmaları, Nuh peyğəmbər, Şaxta Baba, Nikolay Çudotvorets, Anastas Mikoyan, Səudiyyə şahzadəsi Əl-Valid ben Talal haqqındakı uydurmalarına və süni surətdə yaratdıqları digər miflərinə özlərindən başqa heç kim inanmır. Lakin bir şeydə - terrorun təbliğində, təşkilində və tətbiqində ermənilər doğrudan da dünyada birincidirlər və bunu inkar etmək çox böyük ədalətsizlik olardı. Dünyada ikinci elə bir millət yoxdur ki, onun yaratdığı hər hansı bir partiya, ermənilərin yaratdıqları partiyalar (“Armenakan” 1885, “Qnçak” 1887, “Daşnaksütun” 1990 və s.), o cümlədən Ermənistanın bu gün iqtidarda olan hakim Respublika Partiyası kimi terroru siyasi mübarizə vasitəsi kimi seçsin! 1896-cı ildə erməni terrorçuları təzəcə yaratdıqları “Daşnaksütun” partiyasının təşkilatçılığı ilə sensassiyaya səbəb olan bir terror aktı həyata keçirərək beynəlxalq terrorizmin əsasını qoydular. Onlar günün günorta çağı İstanbulda Ottaman beynəlxalq bankına soxularaq orada olan adamların hamısını girov götürdülər. Tələbləri də bu oldu ki, dünyanın aparıcı dövlətləri, Türkiyənin şərq vilayətlərində, Türkiyəni ermənilərin xeyrinə reforma keçirtməyə məcbur etsinlər. Əks təqdirdə bankı girovlarla birlikdə partladacaqlar. Diplomlar işə qarışdıqdan sonra terrorçular bankdan qarət etdikləri pullarla birlikdə bankı tərk edib, fransız gəmisi ilə Marselə çatdırıldılar. Marsel, terrorçuları erməni diasporunun qəhrəmanları kimi qarşıladı. Ən dəhşətlisi isə odur ki, belə bir ağır cinayət törətmiş quldurların heç biri cinayət məsuliyyətinə cəlb edilmədi. 15 mart 1921-ci ildə Berlində yüzlərlə şahidin gözü önündə Soqomon Teyleryan adlı erməni tərəfindən Osmanlı hökumətinin hərbi naziri Tələt paşa qətlə yetirildi, lakin bu qatil də cəzalandırılmadı. Berlin Dairə Məhkəməsi terrorçuya bəraət hökmü çıxartdı. Dünya birliyi isə bu biabırçılığa göz yumdu, susdu. Berlin Dairə Məhkəməsinin bu ədalətsiz hökmündən sonra daha da azğınlaşan ermənilərin onlarla terror təşkilatı bütün XX əsr boyu müsəlmanlara, xüsusilə türklərə və azərbaycanlılara qarşı çoxlu terror aksiyaları həyata keçirərək minlərlə günahsız insanı məhv etdi. Ermənilərin təkcə “Asala” terror qruplaşması 1975-1985-ci illərdə 21 ölkənin 38 şəhərində 110-dan artıq terror aktları təşkil etdi. 1988-1995-ci illərdə Azərbaycan ərazisində ermənilər tərəfindən yüzlərlə terror aktları törədildi ki, nəticədə 1568 nəfər həlak oldu, 1808 nəfər yaralandı. Bütün bu faciələrə başda ABŞ olmaqla dünya birliyi reaksiya vermədi, yenə də susdu. Hətta, 1992-ci il fevralın 26-da erməni terrorçuları XX əsrin ən dəhşətli soyqırımlarından birini – Xocalı soyqırımını törədəndə də, ABŞ və Avropa ölkələri, terror bumeranqının zərbəsini öz üzərlərində hiss edənədək susmağı üstün tutdular. İslam dinini hörmətdən salmaq, müsəlmanları müsəlmanların əli ilə qırdırmaq məqsədilə özlərinin yaratdıqları radikal terror təşkilatları (“Əl Kaidə”, “PKK”, “İŞİD” və s.) yalnız onların öz şəhər və qəsəbələrində partlayışlar törədəndə, insanları qətlə yetirəndə səs-küy salmağa, etiraz nümayişləri keçirtməyə başladılar. Ancaq yenə də anlamadılar, bəlkə də anlamaq istəmədilər ki, bu gün tüğyan edən terror, dünya birliyinin vaxtilə reaksiya vermək istəmədiyi erməni terrorunun varisidir, onun davamıdır. Odur ki, həm XX əsrdə müsəlmanlara qarşı erməni terrorunun törətdiyi qırğınlara, həm də bü günkü terrorun həyata keçirtdiyi cinayətlərə görə məsuliyyət dünya birliyinin, xüsusilə, terrorun kökünü kəsmək naminə birləşməyə, birgə mübarizə aparmağa meyilləri olmayan iri dövlətlərin üzərinə düşür. Azərbaycan BMT Təhlükəsizlik Şurasında sədrlik edərkən, 2012-ci il mayın 4-də ölkə prezidenti İlham Əliyev erməni terrorunun törətdiyi qırğınları, vəhşilikləri misal çəkərək dünya birliyini terrorizmə qarşı birləşməyə çağırdı. Təəssüf ki, o vaxt İlham Əliyevə qulaq asmadılar. Qərb terrorçuları “yaxşı” və “pis” terrorçulara ayırdı, eyni zamanda o dövrdə yenicə formalaşmaqda olan “İşid” və digər terror təşkilatlarının güclənməsinin qarşısını almaq əvəzinə, onların daha da böyüməsinə, təşkilatlanmasına imkan verdi. Əlbəttə, vaxtilə Azərbaycan prezidentinin səsinə səs verilsəydi, sözsüz ki, son 5-6 ildə terrorun törətdiyi faciələrə ‒ yüz minlərlə insan tələfatına, milyonlarla adamın məcburiyyət qarşısında öz yurd-yuvalarından qaçqın düşmələrinə yol verilməzdi. Görünür, dünya birliyinin aparıcı dövlətləri, XX əsrin 90-cı illərində Azərbaycana qarşı erməni terrorçularından istifadə etdikləri kimi, yeri gələndə öz məqsədlərinə nail olmaq üçün, XXI əsrdə yaratdıqları terror təşkilatlarından da istifadə etmək fikrində olduqlarından terrorizmi tamamilə məhv etməkdə maraqlı deyillər. “XX əsrdə transmilli erməni terrorizmi” əsərinin müəllifi, rusiyalı tarixçi Oleq Kuznetsovun yazdığına görə” Dağlıq Qarabağda müharibə məşhir erməni terrorçusu, ABŞ vətəndaşı Monte Melkonyanla birlikdə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsində xidmət edən 6-8 min peşəkar erməni terrorçusu tərəfindən aparılırdı. Xaricdə formalaşan beynəlxalq terrorçular tərəfindən aparılan bu müharibə eyni mərkəzdən – qərargahı ABŞ-da yerləşən transmilli korporasiyalar tərəfindən təşkil edilirdi”. Bir tərəfdən ABŞ-ın və Avropa dövlətlərinin dəstəyini, digər tərəfdən isə bu dövlətlərdəki erməni diasporunun və erməni lobbiçilərinin XX əsrin sonlarında Ermənistana verdikləri maliyyə, hərbi və siyasi dəstəklər erməni terrorçularını Azərbaycan torpaqlarının bir hissəsini işğal etməyə və insanlığa sığışmayan ağır cinayətlər törətməyə ruhlandırdı. Eyni zamanda xaricdən verilən bu dəstəklər “Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan Ermənistan rəhbərlərində və erməni ideoloqlarında belə bir əminlik yaratdı ki, diasporun və lobbizmin köməkliyi ilə onların ölkəsi cənnət məkanına çevriləcək: Erməni diasporu ölkənin iqtisadi inkişafı üçün sərmayə axınını təmin edəcək, siyasi lobbizm isə dünyanın aparıcı ölkələrinin siyasətini Ermənistanın xeyrinə yönəldə biləcəkdir. Lakin Ermənistan rəsmilərinin bu ümidləri boşa çıxdı: Uzun illər Ermənistana maliyyə yardımını təşkil edən diaspora, dünya bazarından, işğalçı siyasətinə görə, təcrid edilmiş bu ölkənin iflic vəziyyətinə düşmüş iqtisadiyyatına sərmayə qoymaqdan imtina etdi. İri dövlətlərin yürütdükləri siyasəti Ermənistan dövlətinin xeyrinə istiqamətləndirməyə isə siyasi lobbizmin gücü çatmadı: Azərbaycanın həyata keçirtdiyi düşünülmüş xarici siyasət buna imkan vermədi. Bu gün Ermənistan öz işğalçı siyasətinin cəzasını çəkməkdədir: iqtisadiyyatı bərbad hala düşdüyündən, sosial problemlər həll edilmədiyindən, yoxsulluq və işsizlik baş alıb gedir. İnsanların, xüsusilə, əsasən fəal, sağlam, ixtisaslı gənclərin dəhşətli axınla mühacirət etməsi isə demək olar ki, milli bədbəxtliyə çevrilib. Ermənistanın “Birinci informasiya” kanalının verdiyi məlumata görə, “adamların ölkəni tərk etmələrinin əsas səbəbi ölkədə iqtisadi perspektivin olmaması və müharibə təhlükəsidir”. Bu məlumatdan aydın olur ki, təkcə 2016-cı ildə Ermənistan vətəndaşlarından 22000 nəfəri Rusiya Federasiyasının vətəndaşlığını qəbul edib, 19000 nəfəri isə bu ölkədə yaşayış icazəsi alıb. NEWS am. Ermənistan xəbər agentliyinin açıqlamasına görə isə 2012-ci ildən 2017-ci ilədək ölkənin 15000 nəfəri Ermənistan vətəndaşlığından imtina edibdir. Son 25 ildə Ermənistan hakimiyyətindən narazı olan və ölkəni tərk edən insanlar erməni diasporunun tərkibini də keyfiyyət cəhətdən dəyişdiriblər. “Birinci informasiya”nın göstərdiyinə görə “mühacirət nəinki Ermənistanın sosial simasını eybəcərləşdirdi, ...həm də diasporu keyfiyyətcə dəyişdirərək Ermənistanın təhlükəsizliyini sual altına qoydu”. Ermənistan dövləti yarandığı tarixdən ona daim hərtərəfli yardım əlini uzadan erməni diasporu bu gün həqiqətən Ermənistan üçün təhlükə mənbəyinə çevrilibdir. Erməni diasporu ölkə iqtisadiyyatının acınacaqlı hala düşməsində və əhalinin dilənçi kökündə yaşamasında günahı Serj Sarkisyanın kriminal – oliqarx rejimində gördüyü üçün bu rejimdən tamamilə üz döndəribdir. Bu da erməni diasporunun Serj Sarkisyan rejiminə müharibə elan etməsi deməkdir. Son illər Yerevanda baş verən terror aktları, terror bumeranqının zərbələrinin diaspora tərəfindən hakim rejimə qarşı istiqamətləndirildiyindən xəbər verir. Son 2 ildə diasporun dəstəyi ilə Yerevanda müntəzəm olaraq terror aktları həyata keçirilir: 26 aprel 2016-cı ildə Yerevanda sərnişin avtobusu partladıldı. Həmin il iyulun 17-də isə “Sasna Tser” (Sasun üsyançıları) terror təşkilatının üzvləri paytaxtın mərkəzi rayonlarının birində polis patrul xidmətinin bazasını ələ keçirərək 2 həftə əllərində saxlayır, bir nəfər polis nəfərini də qətlə yetirirlər. 2017-ci ilin ortalarında qondarma “DQR”-nın keçmiş “baş naziri” Samvel Babayan həmfikirləri ilə birlikdə, Serj Sarkisyanın vertolyotunu vurmaq məqsədilə Ermənistana “iqla” adlı hərəkət edən zenit-raket kompleksi gətirir. 2017-ci il avqustun 2-də Yerevan şəhərindəki evlərin biri partladılır: bir nəfər ölür, bir nəfər isə ağır yaralanır. Axtarış zamanı həmin evdən çoxlu silah-sursat – 2 ədəd 120 millimetrlik artilleriya mərmisi, 1 ədəd tanka qarşı minamyot və 1 ədəd raketa mərmisi aşkar edilir. 2017-ci ilin dekabrında isə Ermənistanın xüsusi xidmət orqanları erməni diasporu nümayəndəsinin ölkədə terakt hazırlaması barədə sensassiyaya səbəb olan bir məlumat yaydı. Verilən məlumatda deyilir ki, milliyyətcə erməni olan ABŞ vətəndaşı R.K. 2017-ci ilin sentyabrında “Feysbuk” sosial saytında “Ədalət uğrunda döyüşçülər” adlı qrup yaratdığı barədə material dərc etdirib. O, bu təşkilatın adından adamları Ermənistan Respublikasının vəzifəli şəxslərinə, hüquq-mühafizə orqanlarına qarşı güc tətbiq etməyə çağırış edib. Bu məlumatdan möhkəm qorxuya düşən Ermənistan rəsmiləri onu ələ keçirdib cəzalandırmaq üçün axtarış elan ediblər. Ermənistanın kriminal-oliqarx rejiminin rəsmilərinin qorxuya düşmələri əsassız deyil. Axı S.Sarkisyanın əhatəsindəki rəsmilər öz hakimiyyətlərinin ömrünü uzatmaq üçün çalışırlar ki, onu səs-küysüz prezident kürsüsündən, bu ilin aprelində dövlət idarəçiliyində əsas səlahiyyətlərə yiyələnəcək baş nazirin kürsüsündə əyləşdirsinlər. Bu kimi yerdəyişmə əməliyyatı isə hakimiyyətdən narazı olan ölkə əhalisinin əksəriyyətinin ürəyincə deyil. Eyni zamanda erməni diasporu da bu kimi yerdəyişmənin əleyhinədir. Bu da o deməkdir ki, diasporun S.Sarkisyan rejiminə qarşı başladığı terror müharibəsi daha ağır nəticələr verə bilən böyük müharibəyə çevrilə bilər. Armenian Report bu barədə yazır: “...Hər hansı bir müharibədə hakimiyyətin Spyurkə (diaspora) gücü çatmayacaq. Bunu bizdə məsul qərarlar qəbul edən hər kəs başa düşür. Demək olar ki, artıq müharibə başlayıb”. Erməni diasporu ilə Serj Sarkisyan rejimi arasında başlanmış bu müharibədə kimin qalib gələcəyi bu ilin aprel ayında məlum olacaqdır. Erməni ekspertlərinin fikrincə isə bu qarşıdurmada Serj Sarkisyan rejimini məğlubiyyət gözləyir.
Zahiddin Abbasov Silahlı Qüvvələr veteranı, istefada olan ədliyyə polkovnik-leytenantı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?