Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur.
Bu hadqa politoloq Elxan Şahinoğlu yazıb. O qeyd edib ki, Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi məsələni Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırdıqdan sonra həngamə qopub:
“Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı informasiyaların çıxarılmasını tələb ediblər. Deməli, Avropanın göbəyində antidemokratik addım atılır və buna ciddi reaksiya yoxdur. Halbuki elə təşkilat, adından da göründüyü kimi, haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər. Məncə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir. Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik”.
Qeyd edək ki, 2014-cü ilin iyulunda Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?