Tunisdə qadınlar bərabər miras hüquqları tələbi ilə yürüş keçirib. Ciddi polis nəzarəti altında keçirilən tədbirdə oğlanlar və qızlara bərabər hüquq lu mühit yaradılmasına çağırılıb.
Şəriət qanunlarına əsaslanan hazırkı sistem qadınlara kişilərlə müqayisədə 50 faiz miras bərabərliyi verir.
Yürüş iştirakçıları Tunis cəmiyyətinin inkişaf etdiyini və qanunlarını müasirləşdirməklə dindar bir müsəlman olaraq qalacağını təkid edib.
Aksiya Beynəlxalq QAdınlar Günü tədbirlərinin bir hissəsi olaraq təşkil edilib.
İki qadın isə əks-etiraz mitinqinə çıxararaq, tələb olunana qanunların cəmiyyətə zidd olduğunu bildirib.
Ötən il qanunun dəyişdirilməsini təklif edən Tunis prezidenti ciddi narazılıqlarla üzləşmişdi. Miras qanunu ilə bağlı yaradılmış xüsusi komissiya iyun ayınadək hesabatla çıxış etməlidir.
Sorğu
Yeni dizaynımız necədir?