GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə ordusu davamlı sülh əldə olunana qədər Suriyada qala bilər

Türkiyə ordusu davamlı sülh əldə olunana qədər Suriyada qala bilər

Tarix: 15-03-2018, 13:02 Bölmə :Dünya Baxış: 326
Türkiyə ordusu davamlı sülh əldə olunana qədər Suriyada qala bilər


Hasan Oktay: “Türkiyənin təklif etdiyi model indi həm Amerika, həm Rusiya, həm də İran üçün əlverişli olduğundan onu dəstəkləyəcəklər”

Türkiyə ordusu və ASO birlikləri Suriyanın Afrin rayonunun eyni adlı mərkəzini mühasirəyə alıb. Yaxın saatlarda Afrin şəhərinə hücum əməliyyatı başlayacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğan açıqlama verib. Ərdoğan deyib ki, Afrinin axşama qədər (martın 14-ü - K.R.) terrorçulardan təmizlənəcəyinə ümid edir.

Türkiyə prezidenti bəyan edib ki, yanvarın 20-dən başlayan Afrin əməliyyatı çərçivəsində 3444 nəfər terrorçu zərərsizləşdirilib. Ərdoğan deyib ki, cəmiyyətin müxtəlif təbəqələri Afrinə getmək istədiyini bildirib. O, terrorçuların qaçdığını, sürətlə şəhəri tərk etdiyini. Ancaq eyni zamanda qaçarkən də bölgəni minaladığını bildirib. Ərdoğan martın 14-də terrorçuların qaçış yolunun bağlanacağını bildirib.

Ərdoğan bildirib ki, Afrin mərkəzinin Suriya hökumət qüvvələrinə təslim edilməsi layihəsi Türkiyə ordusunun müdaxiləsi nəticəsində pozulub. Artilleriya zərbələri ilə Afrinə gedən hökumət qüvvələri məhv edilib. O, əməliyyatın davam edəcəyini bildirib: “Afrinə doğru karvanlar yola çıxdı, amma biz onları mülki əhaliyə zərər vermədən yolda məhv etdik. İndi də eyni üsulla davam edəcəyik. Afrini, Menbici və Fəratın şərq sahillərini də eyni şəkildə terrorçulardan təmizləyəcəyik”.

Türkiyə ordusunun məlumatına görə, Afrinə əməliyyata dəstək məqsədilə gedən Türkiyə ordu hissələri Hatay vilayəti sərhədindən və Kilis istiqamətindən Afrin rayonu ərazisinə daxil olub. Türkiyə ordusu Afrinə doğru bir neçə kəndi azad edib və bununla da rayon ətrafında mühasirə yaradılıb. Artıq Afrindəki 200-dən artıq kənd terrorçulardan təmizlənib. Türkiyə ordusunun şimaldan, qərbdən və cənubdan 3 istiqamətdən Afrinə doğru irəlilədiyi bildirilir. Artıq şəhərin ətrafında Türkiyə ordusu zirehli birlikləri yerləşərək mövqe tutub. Buradan Afrini nəzarətdə saxlamaq və atəşə tutmaq mümkündür. Yaxın saatlarda Afrin əməliyyatının başlaması və şəhərə Türkiyə ordusunun daxil olması gözlənilir.

Ancaq əməliyyatın nə qədər davam edəcəyi hələlik məlum deyil. Əgər kürdlər silahlı müqavimət göstərməyi gözə alsalar, o zaman Afrinin azad edilməsi zaman ala bilər. Çünki böyük şəhərlərdə əməliyyatlar uzun zaman alır və hətta dünyanın ən təcrübəli orduları üçün ciddi sınağa çevrilir. Bu baxımdan Afrin mərkəzinin təmizlənməsinin nə qədər vaxt tələb edəcəyini indidən demək çətindir.

Türkiyə hakimiyyəti isə qərarlıdır. Ordunun yaxın günlərdə Afrini azad edib növbəti mərhələdə şərqə doğru Menbic əyalətinə doğru yönələcəyini bəyan edib. Bununla da Hataydan Menbic sərhədlərinə qədər təxminən 200 kilometrlik və 4 min kvadrat kilometrlik ərazi azad edilərək Türkiyə ordusu və müttəfiqlərinin nəzarətinəı keçəcək. Xatırladım ki. 2016-cı ilin 24 avqustunda başlayan və 5 ay davam edən “Fırat kalkanı” əməliyyatı nəticəsində Türkiyə ordusu əl-Bab şəhərinə qədər dərinliyə doğru Azez və Cerablus şəhərləri arasındakı 95 kilometr uzunluğunda bir ərazini, yəni başqa sözlə 2 min kvadrat kilometr ərazini azad etmişdi. Afrində də təxminən bu qədər ərazinin nəzarətə götürüləcəyi ehtimal olunur. Bəs bundan sonra nə olacaq? Afrin və eləcə də Azez-Cerablus xətti əraziləri hansı statusda olacaq? Tüqrkiyə ordusu oralarda nə zamana qədər qalacaq?

“Kafkassam” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Hasan Oktay deyir ki, Türkiyə ordusu Afrini azad etdikdən sonra şəhəri təhlükəsiz bölgəyə çevirəcək. Bu isə ilk növbədə Türkiyəyə qarşı təhdidi azaldacaq: “PYD və digər terror qrupları artıq Afrin kimi ərazilərdə yerləşərək Türkiyə ərazilərini təhdid etməyəcək. Bu əməliyyatın davamı Menbicdə də ola bilər. Türkiyə beynəlxalq hüququn verdiyi legitimliyi əsas gətirərək Suriya torpaqlarında terrora qarşı mübarizəni sona qədər davam etdirəcək. Bu gün Moskvada Lavrovla Çavuşoğlu arasında baş verən danışıqlar buna ən böyük dəstəkdir”.

H.Oktay deyir ki. ABŞ dövlət katibinin dəyişməsi Türkiyə ilə danışıqlara mənfi təsir etməyəcək: “Çünki ABŞ terror təşkilatı, yoxsa Türkiyə ilə strateji tərəfdaş olması ilə bağlı qərar verməlidir. Türkiyənin Suriya mövzusunda irəli sürdüyü tezis bu ölkənin ərazi bütövlüyü və terrordan təmizlənməsi üzərində qurulduğu üçün həm Rusiya, həm Amerika, həm də İran tərəfindən dəstəklənəcək”.

Türkiyə ordusunun nə zamana qədər Suiryada qala biləcəyinə gəlincə, H.Oktay deyir ki, Afrində təhlükəsilzik zonasının yaradılması və Türkiyədəki qaçqınların geri dönməsini təmin etməsi üçün Suriyada davamlı sülh əldə edilənə qədər Türkiyə ordusu azad edilmiş ərazilərdə qala bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Afrin əməliyyatı nə zaman BİTƏCƏK – ƏRDOĞAN AÇIQLADI

    Afrin əməliyyatı nə zaman BİTƏCƏK – ƏRDOĞAN ...

    17-02-2018, 16:19

  • 
  • Ərdoğan: “Biz Qərb kimi günahsız insanları öldürmürük”

    Ərdoğan: “Biz Qərb kimi günahsız insanları ...

    15-03-2018, 21:14

  • 
  • ​Kürdlərdən “Zeytun budağı” əməliyyatı barədə — ŞOK İDDİA

    ​Kürdlərdən “Zeytun budağı” əməliyyatı barədə — ...

    31-01-2018, 21:26

  • 
  • Ərdoğan Afrinlə bağlı danışdı: "Çox qısa zamanda əməliyyatı tamamlayacağıq" - VİDEO

    Ərdoğan Afrinlə bağlı danışdı: "Çox qısa ...

    21-01-2018, 21:02

  • 
  • Ərdoğan Türkiyənin Afrin əməliyyatlarını genişləndirərək, İraq sərhədinə qədər irəliləcəyini bildirib

    Ərdoğan Türkiyənin Afrin əməliyyatlarını ...

    27-01-2018, 15:59


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu