Şimali Koreya uçuş-enmə zolaqlarını yeniləmək üçün konservləşdirilmiş şorba və taksi xidmətləri satırmı?
Şimali Koreya və nüvə silahları proqramına qarşı sərt sanksiyaların tətbiq olunduğunu nəzərə aldıqda bu suala cavabın “hə” olması üçün çox sayda inandırıcı səbəblərin olduğunu düşünmək olar. Bu isə Şimali Koreya iqtisadiyyatının Kim Conq Unun hakimiyyəti altında hansı vəziyyətdə olduğuna dair fikir yaradır.
Şimali Koreyanın ordusu ilə özəl sektor arasında çox kiçik fərq var. Şimali Koreya ordusu müdafiə üçün ayrılan məhdud milli resursları artırmaq məqsədilə restoranlardan tutmuş fermalar və ölkənin əsas hava yolları şirkətinə kimi hər şeyə nəzarət edir.
Amma Air Koryo təkcə hava yolu şirkəti deyil.
Son bir neçə ildə Air Koryo ölkənin ən tanınmış istehlakçı brendinə çevrilib. Hava yolları şirkəti məhdud sayda reyslə Çin və Rusiyanın uzaq şərqinə uçur. Bunun isə Pxenyana satış gəliri baxımından böyük faydası yoxdur. Amma şirkət milli qürur simvoludur və xarici dünyaya əsas çıxış yoludur. Bu təyyarələr insan, ən çox da qiymətli və çox vaxt yoxlanılmayan karqo daşıyır.
Air Koryonun Pxenyanda ən azı bir yanacaq doldurma və avtomobil yuma məntəqəsi, eləcə də hava limanındakı butik daxil olmaqla, bir neçə pərakəndə satış mağazasını idarə edir. Pxenyanın mərkəzində nisbətən lüks Potonggang mağazasında bütün rəflərdə Air Kyoro brendinə aid məhsullar yer alır. Bunlara spirtli içkilərdən tutmuş, Kolaya bənzər qazlı içkilər və bir neçə çeşid konservləşdirilmiş qidalar daxildir.
Air Koryo-ya məxsus yanacaq doldurma məntəqəsində isitfadə olunan kupon Kapitalist üslubunda sahibkarlıq
Hava yollarının bu addımları Şimali Koreya iqtisadiyyatındakı daha genişmiqyaslı dəyişiklilərə işarədir. Ölkə iqtisadiyyatı hələ də, sosialistdir və mərkəzi hökümət tərəfindən idarə olunur, lakin Kim Conq Unun hakimiyyəti altında sürətli şəkildə kapitalist-yönümlü sahibkarlığa çevrilib.
Ölkədə küçə satıcıları, kiçik bazar üslubunda marketlərə tez-tez rast gəlmək olur. Dövlətin idarə etdiyi şirkələr daha məhsuldar və qazanclı olmağa çalışır. Böyük ehtimal ilə buna səbəb sanksiyalar və azalan ticarət imkanlrı ilə üzləşən rejim artıq onları dəstəkləyə bilmir.
Bu təkcə Air Koryoya aid deyil. Aralarında Kim Conq Unun sevdiyi lüks 7.27 brendinin də olduğu siqaretlərin istehsalçısı Naegohyag öz idman əşyaları xəttini buraxır. Bu əşyalar Nike, Adidas və digər bahalı idxal malları ilə yanaşı Pxenyanın diplomatik məhəlləsindəki lüks mağazalarda, eləcə də ölkənin alimləri və texniklərini mükafatlandırmaq üçün inşa edilən eksklüziv Alimlər Küçəsi məhəlləsində satılır.
Kim Pxenyanın Sunan Beynəlxalq Hava Limanını tamamilə yeniləmək qərarı ilə Air Koryoya təkan verdi2015-ci ildə Hava Limanının yeni terminalı açıldı. Ondan bir il sonra isə Air Koryo taksi xidmətinə başladı. 2016-cı ildə həm də Air Koryo-ya aid qazlı içkilər satışa buraxıldı. 2107-ci ildə isə yanacaq doldurma məntəqəsi ilə avomobil yuma müəssisəsi açıldı.
Bütün bu təşəbbüslərin nə dərəcədə gəlrili olduğunu dmüək mümkün deyil, lakin məhsulların çoxçesidli və paytaxt ilə digər şəhlərdə mövcud olduğunu inkar etmək olmaz.
Son zamanlarda keçirilən ticarət yarmarkalarında Korea Hanggong Trading adlı törəmə şirkətə rast gəlmək olur. Bu onu göstərir ki, mümkündür Air Koryo ixrac bisnesini nəzərdən keçirir.
Cons Hopkins Universitetinin ABŞ-Koreya İnstitutunun tədqiqatçısı Körtis Melvin hava yollarını hava qüvvələrinə “tamamilə məxsus olan törəməsi” adlandırıb. Hava qüvvələri Air Koryoya məxsus istehlakçı məhsulları biznesindən istifadə edərək öz infranstrukturunun bərpasını maliyyələşdirir. Buna uçuş-enmə zolaqlarının bərpası və ucqar hava limanlarının yenilənməsi daxildir. Ordunun fabriklərində istehsal olunan Air Koryoya məxsus məhsulları satmaq hava qüvvələrinə onlara ayırılan büdcədən əlavə gəlir əldə etməyə yardım edir.
Melvin qeyd edib ki, beynəlxalq hava limanı yaxınlığında Air Koryonun yeni baş qərargahı inşa edilib.
“Şimali Koreya illərdir subsidiyalardan asılı dövlətə-məxsus müəssisələri ‘vergi ödəyən’ gəlirli şirkətlərə çevirmək istəyir,” deyə o bildirib.
Air Koryonun ordu ilə olan əlaqəsi açıq-aydın olmasa da, çox vax bu əlaqə nəzərdən qaçırılır.
Lakin 2014-cü ildə Birləşmiş Millətlər Təşkilarının Ekspertlər Panelinin dərc etdiyi hesabata əsasən, hava yolları şirkəti, Şimali Koreyadakı bütün hava limanlarının Koreya Xalq Hava Qüvvələrinin Mülki Aviasiya Bürosu tərəfindən idarə olunur. Hesabatda həmçinin qeyd edilib ki, hava yolları şirkətinin personalının hava qüvvələri üzvləri olduğu güman edilir və “ölkədaxili bütün təmir işləri hava qüvvələrinin mühəndisləri tərəfindən həyata keçirilir.”
Bu isə onu təbbi sanksiya hədəfinə çevirir və beləcə diversifikasiyanı təşviq edir.
Vaşinqtonun hava yolları şirkətini tamamilə qara siyahıya daxil etmək səyləri nəticə verməsə də, ABŞ Maliyyə Nazirliyi 2016-cı ildə 2013-cü ildə hərbi paradda iştirak etdiyi və Scud-B raket sistemlərində istifadə olunan ehtiyat hissələri daşıdığı üçün Air Koryoya sanksiyalar tətbiq edib.
Sanksiyalar amerikalıların Air Koryo ilə uçmalarını qadağan etməsə də, onlarla başqa iş aparmalarının qarşısını alır.
Bu arada isə BMT xəbərdarlıq edib ki, “hava qüvvələri Air Koryo təyyarələrinə nəzarət etdiyi və təyyarələrdən istifadə etdiyi üçün” üzv ölkələrinin hava yolları ilə maliyyə tranzaksiyalarından tutmuş texniki təlimlərə kimi hər hansı əlaqəsi olsa, onlar BMT-nin Şimali koreyaya qarşı tətbiq etdiyi silah embarqosunu pozmuş olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?