Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirib. İran vətəndaşları Azərbaycanda hava limanında viza alacaq. Bu barədə martın 15-də İran xarici işlər naziri Cavad Zərif Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçirilən birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
Zərifin sözlərinə görə, İran vətəndaşları Gürcüstan ərazisinə vizasız daxil olur.
Bu oxşarlıq dörd ölkəni bir-biri ilə bağlayır və bizim əməkdaşlığımız regionda sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracaq. Nazir hesab edir ki, viza rejiminin sadələşdirilməsi region xalqları arasında əlaqələrin genişlənməsinə təkan verir, turizm, biznes əlaqələri inkişaf edir.
"Bu oxşarlıq dörd ölkəni bir-biri ilə bağlayır və bizim əməkdaşlığımız regionda sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracaq," Azərbaycan, Türkiyə, Gürcüstan, İran arasında mədəni, tarixi, cografi əlaqələrin olmasına toxunan Zərif deyib.
İran da Türkiyə kimi bir neçə il öncə Azərbaycanla viza rejimini ləğv edib. Azərbaycan isə bəzi kateqoriyaya aid şəxslər istisna olmaqla, bu ölkələrlə viza rejimini ləğv etməyib.
Sorğu
Yeni dizaynımız necədir?