Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Türkiyə Baş Qərargahı Suriyanın Afrin bölgəsində aparılan antiterror əməliyyatı ilə bağlı məlumat yayıb. Əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 3567 terrorçu məhv edilib. Ötən gün Şeyh Bilal, Calğam, Cerhatlı və Kassem kəndləri terrorçulardan azad olunub. Qeyd edək ki, ötən gün verilən statistikaya görə 3530 terrorçu öldürülmüşdü.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?