Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, Afrinin mərkəzi tamamilə Türkiyə qüvvələri və müttəfiq suriyalı qüvvələrin nəzarəti altındadır, şəhərin üzərində isə Türkiyə bayraqları dalğalandırılıb.
Türkiyənin dəstəklədiyi Suriyanın üsyançı döyüşçüləri üsyançıların bazar günü daxil olduğunu və kürd YPG qüvvələrinin geri çəkildiyini deyib.
Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Müşahidə qrupu şənbə günü bildirib ki, çərşənbə günündən bəri Afrindən 150 min insan didərgin düşüb. Türkiyə döyüş təyyarələri və artilleriyasının gecə boyu şəhərə zərbələr endirdiyi bildirilir.
Şərqi Qutadan minlərlə insan qaçır
Bu arada isə Rusiya mediasının verdiyi məlumata görə, bazar günü Şərqi Qutadan 20 min insan qaçıb.
Cümə günü BMT-nin baş katibi suriyalıların şərqi Quta və Afrindən kütləvi axınına görə “dərin narahatlığını” ifadə edib.
“Mən 2401 nömrəli, yəni Suriya boyu zorakılıqların dayandırımasını tələb edən qətnamənin yerinə yetirilməməsinə görə dərindən təəssüflənirəm,” deyə Antonio Qutteres Təhlükəsizlik Şurasının martın 4-də yekdilliklə verdiyi qərarına istinadən söyləyib.
“Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları ehtiyacı olanları dərhal həyat-qurtaracaq yardımla təmin etməyə hazırdır,” Quterres bəyanatında bildirib. “Mən bütün tərəfləri bütün ərazilərə təhlükəsiz və maneəsiz humanitar çıxış açmağa çağırıram.”
BMT-nin Uşaq Fondu bildirir ki, onlar Suriya höükümətinin ötən aydan bəri geri almağa çalışdığı şərqi Qutadan qaçan 50 min insana yardəm etmək üçün plan hazırlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?