Kemerovodakı ticarət mərkəzində baş vermiş yanğında ölənlərin sayı 64 nəfərə çatdı.
Bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib.
* * *11:39
Rusiya Dövlət Dumasının Kemerovodan olan deputatı Anton Qorelkin bildirib ki, dünən faciə baş vermiş “Zimnyaya vişnya” (Qış albalısı) ticarət mərkəzinin əsl sahibi hazırda Rusiyada deyil, Avstraliyada yaşayır.
Qorelkinin sözlərinə görə, TM-nin əsl sahibi “qənnadı kralı” Denis Ştengelovdur. O, “KDV Qrupp” şirkətlər qrupunun sahibidir. Milyarderin bir müddət əvvəl Avstraliyaya köçərək, orada yaşadığı bildirilir.
“Ticarət mərkəzinin mülkiyyətçilik sistemi çox mürəkkəbdir, ortada bir neçə hüquqi şəxsin adı var. Lakin bu mərkəz onun puluna tikilib. Məhz bu adam bilməli idi ki. orada nə və necə tikilir, nə cür istifadə olunur”, - deputat əlavə edib.
Denis Ştengelov
* * *11:27
XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.
* * *11:15
Bu dəqiqələrdə Rusiya mənbələrinin verdiyi məlumata görə, Kemerovoda dünən yanğın baş vermiş ticarət mərkəzinin tavanı uçub.
Uçqunun 1500 kvadrat metrlik sahəni əhatə etdiyi əlavə olunur.
* * *11:03
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan Respublikası vətəndaşlarının olub-olmaması araşdırılır.
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcəkdir". - H. Hacıyev bildirib.
* * *10:44
Kemerovoda baş vermiş faciədə itkin sayılan 22 nəfərdən 5 nəfəri sağ aşkar olunub. Həmin şəxslər hadisə zamanı ticarət mərkəzində olmayıblar.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, hazırda yanğında ölənlərin sayının 55-ə çatdığı bildirilir.
* * *
09:55
Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb.
Ərazidə daha 14 nəfərin meyiti aşkarlanıb.
Bu barədə Rusiya İK-nin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
* * *
01:26
Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın söndürülüb.
Bu barədə “İnterfaks” Rusiya FHN-in regional idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.
**
00:09
Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Son məlumata görə, 43 nəfər xəsarət alıb, 69 nəfərin itkin düşdüyü və onlardan 40-nın uşaqlar olduğu bildirilir.
Yanğın faktı ilə bağlı Rusiya Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb. Cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Mərkəzi aparatına verilib. Moskvadan Kemerovoya istintaq qrupu yönəldilib.
Rusiya Federasiyası prezidenti Vladimir Putinə Kemerovodakı fövqəladə hadisə ilə bağlı məruzə olunub. Onun tapşırığı ilə FHN-in başçısı Vladimir Puçkov artıq Kemerovaya uçub.
**
23:25
Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın lokallaşdırılıb.
Hazırda Rusiya İstintaq Komitəsinin əməkdaşları tərəfindən yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır.
Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın nəticəsində daha iki nəfərin meyitinin tapıldığı məlum olub. Beləliklə, ölü sayı 7-yə çatıb. 30 nəfər xəstəxanaya yerləşdirilib.
***20:52
Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” adlı ticarət-əyləncə mərkəzində baş verən güclü yanğın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Yanğın zamanı 26 nəfər xəsarət alıb, 35 nəfər isə itkin düşüb.
Yanğının hələ də tam söndürülmədiyi bildirilir.
***16:46
İndiyə olan və dəqiqləşdirilmiş son məlumata göğrə, bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın nəticəsində 3 uşaq və bir qadın ölüb.
Bunu Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko deyib.
Ölən uşaqlar və qadın yanğın zamanı ticarət mərkəzindəki uşaq əyləncə otağında olublar. S. Petrenko yanğın zamanı xəsarət alan 26 nəfərin xəstəxanalara yerləşdirildiyini də qeyd edib.
S. Petrenko ticarət mərkəzində yerləşən iki kinoteatr zalında tavanın çökdüyünü də açıqlayıb. Hazırda yanğının söndürülməsi və xilasetmə işləri davam edir.
***15:55
Bu gün Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub.
RİA Novosti-nin verdiyi məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənən 4 uşaq ölüb. Daha 12 nəfərin xəsarət aldığı bildirilir. Obyektdən 100 nəfər təxliyə olunub./virtualaz.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?