Rusiya prezidenti Vladimir Putin bu gün azı 64 insanın ölümünə səbəb olan yanğının baş verdiyi ticarət mərkəzində olub.
Cənab Putin çox sayda insanın ölümünə səbəbin cinayətkar laqeydlik olduğunu deyib.
Təhqiqatçıların dediyinə görə, ticarət mərkəzindəki girişlər qanunsuz olaraq bağlı olub və yanğın siqnalizasiya sistemi lazımi qaydada işləməyib.
Bu gün hölkumət binası qarşısına toplaşan etirazçılar ölümlə nəticələnən yanğına görə cavab verilməsini tələb edib.
Yanğın Kemerovo şəhərinin dördmərtəbəli “Qış Albalısı” ticarət mərkəzinin axırıncı, kinoteatr və uşaqlar üçün oyun meydançası olan mərtəbəsində baş verib.
Hadisə qurbanları və itkin düşənlərin əksəriyyəti uşaqlar olub.
Sorğu
Yeni dizaynımız necədir?