Putini Əsənboğa hava limanında Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız, Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov və digər rəsmi şəxslər qarşılayıb.
Rəsmi qarşılamadan sonra Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün prezident iqamətgahına yollanıb.
Rəcəb Tayyib Ərdoğan Vladimir Putini qarşılayıb.
18:11
Bu gün tarixi ana şahidlik edirik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Putinlə birgə Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
“Akkuyu bütün terminalları ilə fəaliyyət göstərdikdə ölkəmizin elektrik enerjisinə olan ehtiyacının 10 faizini qarşılayacaq. Rusiya ilə regional sahədə əməkdaşlığımızı hər gün daha da artırmağı hədəfləyirik”, - dövlət başçısı deyib.
Putin də öz növbəsində qeyd edib ki, hədəf 2023-cü ildə stansiyanı təhvil verməkdir.
18:38
Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməli qoyulub.
Ərdoğan və Putin təməlqoymanın rəmzi olan düyməni basıblar.
20:40
Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş başa çatıb.
Mətbuata qapalı keçirilən görüş 1,5 saat davam edib.
Görüşdən sonra dövlət başçılarının iştirakı ilə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı başlayıb.
21:07
Türkiyəyə S-400 havadan müdafiə sisteminin verilməsi Moskva və Ankara arasında hərbi əməkdaşlığın prioritetidir.
Bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
***
Afrində aparılan “Zeytun budağı” əməliyyatı ilə bağlı şəxsən özüm cənab Putinə məlumat vermişəm.
Bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasından sonra təşkil edilən media konfransında çıxışı zamanı deyib./axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?