Tarixdə ilk dəfə olaraq son 2 ay ərzində London qətl sayına görə Nyu-Yorku keçib. Baxmayaraq ki, Britaniyada silahlara nəzarət qanunları olduqca kəskindir.
Hökumətin əli qana batıb
Bazar ertəsi iki atışma ilə bu ilin 3 ayı ərzində qətllərin sayı 50-yə yaxınlaşıb.
Londonda 24 saat içində 16 yaşlı yeniyetmə oğlan və 17 yaşlı qız öldürülüb. Onların Britaniyada Pasxa bayramı həftəsi öldürülməsi ölkədə şok yaradıb. Hadisələr Londonun sakit məhəllərində qeydə alınıb.
Brataniya polisi paytaxtda fevral və mart aylarında 37 qətllə bağlı istintaq aparıb. Nyu-Yorkda isə 32 hadisə qeydə alınıb.
London meri Sadiq Xan büdcə ixtisarı və polis qüvvələrinin sayının azalmasına görə hökuməti tənqid edib. Onun tənqidlərinə polis idarəsinin rəisi Leroy Loqan da qoşulub.
“Bunlar sistemin çökdüyünü göstərir. Biz böhran həddinə çatmışıq və bununla ciddi mübarizə aparmalıyıq. Bu, təkcə polisdə deyil, digər xidmətlərdə də özünü göstərir. Hökumətin əli qana batıb”- deyə o əlavə edib.
Hökumət isə büdcə kəsirinin bunlara səbəb olduğuna dair tənqidləri qətiyyətlə rədd edir.
Londonun polis komissarı qətllərin gənc qanqterlərin məsuliyyətini daşıdığını deyərək, onların sosial mediada zorakılıqları yaydığını bildirib.
Ötən ay ölkədə “bıcaqdan azad” adlı kampaniya başladılıb. Kampaniyanın məqsədi üstlərində bıçaq daşınmasının gənclər üçün nə dərəcədə təhlükəli olduğunu izah etməkdir.
Nyu-Yorkda isə 1990-cı illərin ortalarından bəri qətllərin sayı kəskin şəkildə azalıb. Britaniya qanunvericiləri Londonun səlahiyyətli nümayəndələrinin amerikalı həmkarları ilə əməkdaşlıq aparmasını təklif edib.
Londonda qətl saylarının artmasına baxmayaraq, bu göstərici Nyu-Yorkun 2017-ci ilin illik göstəricilərinin yarısını təşkil edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?