ABŞ prezidenti administrasiyasının mühacirətlə bağlı ciddi ölçülər götürəcəyini bəyan edib. Donald Tramp bunu bu gün səhər tvit etsə də, hansı addımlar atılacağına aydınlıq gətirməyib.
ABŞ dövlət başçısı Amerikanın sərhəd qanunlarının zəifliyindən şikayət edib. Lakin o, Meksika və Kanadanın qanunlarını güclü kimi qələmə verib.
Prezidentin yazısı onun müxbirlərlə keçirdiyi mətbuat konfransından bir gün sonraya təsadüf edir.
Tramp mühacirətlə bağlı tonunu daha da sərtləşdirərək deyib ki, Meksika ilə sərhəddə vəd edilən divar inşa olunana və müvafiq şəkildə təhlükəsizlik təmin edilənə qədər qeyri-qanuni mühacirlərin qarşısını almaq məqsədilə sərhədə ABŞ hərbi qüvvələrinin yerləşdirilməsini istəyir.
Bundan öncə Honduras və başqa ölkələrə Birləşmiş Ştatlara Mərkəzi Amerika miqrantlarının “karvanını” dayandırmayana qədər ABŞ-ın yardımını saxlayacağı ilə təhdid edən Tramp hərbi qüvvələrin sərhədə yerləşdirilməsini “böyük bir addım” adlandırıb.
“Divar və müvafiq təhlükəsizlik olana qədər biz sərhədimizi hərbi qüvvələrlə qoruyacağıq”, Tramp bildirib.
O, ABŞ müdafiə naziri Con Mattis, baş prokuror Cef Seşşons və daxili təhlükəsizlik naziri Kistjen Nelsen, habelə nazirlər kabinetinin bir neçə üzvü administrasiyanın strategiyasını müzakirə edib.
Meksika sərhədində hərbi qüvvələrin yerləşdirilməsi yeni fikir deyil. Prezident Corc Buş oğulun hakimiyyəti dövrü 2006-2008-ci illərdə Milli Qvardiya sərhəddə kəşfiyyatla bağlı təhlillərin aparılmasında istifadə edilib. Lakin Pentaqona əsasən, qvardiyadan birbaşa hüquq-mühafizə funksiyasının icrasında istifadə edilməyib.
Hərbi qüvvələrin səfərbərliyi da daxil edilən qərar Konqres tərəfindən təsdiq edilməlidir. Kriminal insan qaçaqmalçıları, narko-terrorçular və qaçaqmalçılığın qarşısının alınması üçün Konqres təzyiqlər altındadır.
ABŞ prezidenti ötən həftə ardıcıl olaraq iki gün ərzində qanunsuz mühacirlərin cənub sərhədlərdəki yürüşünə münasibət bildirib. Donald Tramp Amerikanın miqrantların talançılığına məruz qaldığını deyib.
ABŞ dövlət başçısı Meksikada yoxsulluq və zorakılıqlara qarşı etiraz edən mindən çox insanın Amerikada sığınacaq almaq istəyindən şikayətlənib.
"Meksika bu insan karvanını ölkəyə buraxmamaq qüdrətinə malikdir. Onlar şimal sərhədlərdə dayandırılmalıdır. Onlar bunu sərhəd qanunları işlədiyi üçün etməli, insanları sərhəd qanunları effektiv olmayan bizim ərazilərə keçməyə qoymamalıdır" - deyə, Tramp əlavə edib.
Ötən il bir qrup insan Amerikaya keçməyə nail olub. İndiyədən həmin 200 adamdan yalnız 3-ü sığınacaq ala bilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?