“Hər yerdə münaqişələr qızışdığı zaman inkişafa nail olmaq mümkün deyil”.
Bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak bu gün Bakıda keçirilən Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransında deyib. Onun sözlərinə görə, dayanıqlı inkişaf münaqişələrin həllinə müsbət təsir göstərə biləcək, eləcə də post-münaqişə ölkələrinə investisiya axınlarını təmin etmək zəruridir. “Bu gün varlılarla kasıblar arasında fərq böyüyür, insanların müharibəyə son qoymaqla bağlı çağırışları eşidilmir. Görünməz müharibə gedir. Bu problemlə mübarizə aparmaq üçün birləşmək lazımdır”, – M.Layçak bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?