ABŞ prezidenti Donald Tramp Amazon.com kimi onlayn satış şirkətlərə üstünlük qazandıran və ədalətsiz biznes praktikalara şərait yaradan siyasətə ciddi nəzər yetirəcəyini bildirib.
Cümə axşamı müxbirlərlə danışan Donald Tramp Amazon şirkətinin digər şirkətlərlə eyni bazar şəraitində biznes görmədiyi və kifayət qədər satış vergisi ödəmədiyini deyib.
Müxbirlərin onlayn satışla bağlı siyasətdə dəyişikliklər edib-etməyəcəyi ilə bağlı sualına Tramp cavab verib ki, bu məsələyə ciddi diqqət yetirəcək.
Tramp bu sözlərindən daha öncə Twitter vasitəsilə Washington Post qəzətini Amazon şirkətinin “baş lobbiçisi” adlandırmışdı.
Amazon şirkətinin qurucusu və icraçı rəhbəri Cef Bezos eyni zamanda Washington Post qəzetinin sahibidir.
Buna baxmayaraq, daha öncə həm Bezos, həm də qəzet sahibin jurnalistik qərarlara cəlb olunmadığı bəyan edib.
Sorğu
Yeni dizaynımız necədir?