Aktyor Kolin Farrell sadəcə narkotik maddədən istifadəyə istəyinin yenidən baş qaldırdığı üçün mərkəzə müraciət edib.
Allaha şükür 41 yaşlı aktyor 12 il narkotik maddələrdən uzaqdır.
Aktyora yaxın mənbə MailOnline-a deyib ki, ötən il ardıcıl üç filmdə iştirak etdikdən sonra Kolin Farrell çox yorulub və narkotika alüdəçiliyinə onda yenidən maraq yarandığını hiss edib. Və buna başlamaması üçün əvvəlcədən könüllü şəkildə mütəxəssis yardımına müracət edib.
Kolin 2005-ci ildə bir dəfə bel ağrısı üçün istifadə edilən, reseptlə verilən dərmanlardan asılılığına görə reabilitasiya mərkəzinə düşüb.
Sorğu
Yeni dizaynımız necədir?