“Suriyadan çıxmağımız haqqında insanların dedi-qodu etdiklərini eşitdim”.
Bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Dana Vayt jurnalistlərin “ABŞ-ın Suriyadan həm çıxacağı, həm də çıxmayacağına dair müxtəlif açıqlamalar yayılır. Bu strateji məsələdə Ağ evlə Müdafiə Nazirliyi arasında bu məsələyə dair fikir ayrılığımı var” sualına cavabında bildirib.
“Prezidentin “çox yaxında çıxacağıq” dediyini də bilirəm. Çünki İŞİD-in məğlub edilməsi məsələsində uğur qazandıq. Ancaq İŞİD hələ var. Onun tam məğlub etmək niyyətindəyik. Bizim Suriyadakı vəzifəmiz İŞİD-i məğlub etməkdir. Bu, haradasa başa çatmaq üzrədir. Ancaq hələ tam olaraq başa çatmayıb”, - o vurğulayıb.
General-leytenant Renald Makenz də Suriyada İŞİD-ə qarşı mübarizədə çox böyük uğur əldə etdiklərini, “xilafət"in sonuna çatdıqlarını, ancaq çıxmaq məsələsində konkret tarixin olmadığını bildirib: “Əfqanıstanda gördüyümüz kimi düşmənin bildiyi bir tarixə qarşı fəaliyyət göstərməyimiz problem olardı. Ancaq prezident bir tarix açıqlamamaqla çox yaxşı edib. Bu yolumuzu davam etdirərkən xeyrimizə olan yeganə vasitədir. Suriyada uzunmüddətli sabitliyin saxlanması üçün bölgədəki dövlətlərin də üzərinə məsuliyyət düşür".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp tezliklə Suriyadan çıxacaqlarını bildirmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?