Cümə günü Tramp administrasiyası 38 rusiyalı şəxs və şirkətlərə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib. Administrasiya rəsmiləri bu sanksiyaları "Rusiyanın dünyada sərgilədiyi düşmən fəaliyyətinə" cavab olduğunu bildirib.
Sanksiyalar alüminium maqnatı Oleq Deripaska və Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi də daxil olmaqla, yeddi rusiyalı oliqarx və onların sahib olduğu və ya nəzarət etdiyi 12 şirkətə tətbiq olunub. Bundan əlavə 17 yüksək səviyyəli Rusiya höküməti rəsmisi və dövlətə məxsus silah alveri şirkəti hədəf alınacaq. Sanksiya tətbiq edilənlər arasında Vladimir Putinin kürəkəni də var.
Elitalar Rusiya hökumətinin fəaliyyətinə görə cavabdehlikdən kənarda qalmayacaqlar. ABŞ rəsmiləri deyir ki, sanksiyalar “tək bir hadisə və ya məsələyə cavab deyil” və bu, “Rusiya hökümətinin dünya boyu apardığı düşmən fəaliyyətininin” qarşısını almağa yönəlib.
Müxbirlərə verdikləri brifiq zamanı rəsmilər Rusiyanın Krımı işğal etməsini, Ukraynanı sabitsizləşdirməsini, Suriyada Bəşər Əsəd hökümətinə dəstəyini, “Moskvanın zərərli kiber hücumlarını” və “Rusiyanın Qərb demokratiyalarına hücumlarını” misal gətirib.
Rəsmilər deyib ki, oliqarxlar “Putin rejimi altında böyük imtiyazlar əldə edib və onun düşmən gündəmini irəlilətməsində böyük rol oyanır.”
Sanksiyalar nəticəsində oliqarxların ABŞ yurisdiksiyaındakı bütün aktivləri dondurulacaq və ABŞ vətəndaşlarına sanksiya tətbiq olunmuş şəxs və müəssisələr ilə iş aparmalarının qarşısı alınacaq. Həmin şəxslərin 50 faiz və ya daha böyük bir hissəsinə sahib olduğu müəssisələrə də sanksiyalar tətbiq olunacaq.
Bu qərar Britaniya, Birləşmiş Ştatlar və digər NATO ölkələrinin sabiq rusiyalı casus və qızının Britaniyada zəhərlənməsindən sonra 150 rusyalı diplomatı ölkədən çıxarmasından sonraya təsadüf edir.
Sergey Skripal və qızı Yuliya hücumdan bəri hələ də xəstəxanadadır. Onlara qarşı hücum Qərb ölkələri ilə Moskva arasında Soyuq Müharibə dövrünə bənzər diplomatik gərginliyə səbəb olub.
Rusiya hücumda əli olduğunu inkar edir və ölkədən eyni sayda Qərb diplomatlarını çıxarıb.
Sorğu
Yeni dizaynımız necədir?