ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, siyahıya Rusiya Federasiyasının Krım Federal Dairəsi üzrə nümayəndəsi Sergey Çemezov, baş nazirin müavini Dmitri Kozak, Federal Mühafizə Xidmətinin rəhbəri, ordu generalı Yevgeni Murov, Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov, “Rosneft” şirkətinin rəhbəri İQOR Seçin və Prezident Administrasiyası rəhbərinin birinci müavini Vyaçeslav Volodin daxildir. ABŞ və Avropa İttifaqı “Ukraynanın ərazi bütövlüyünün pozulmasına rəvac verən daha 7 Rusiya vətəndaşı və 17 şirkəti barəsində sanksiyalar tətbiq etmək qərarı verib. Ağ Evin yaydığı bəyanatda sanksiyaya məruz qalanların adları açıqlanmasa da, bunun sanksiyaların hələ ki, ilk dalğası olduğu açıqlanıb. Xatırladaq ki, bundan öncə, “Rusiya” bankı və onun rəhbəri Yuri Kovalçuk, “Rusiya dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakunin, biznesmenlər Boris və Arkadi Rottenberqlərə qarşı sanksiyalar tətbiq olunmuşdu. Onların ABŞ ərazisindəki aktivləri dondurulmuş, özlərinin isə Amerikaya girişinə qadağa qoyulmuşdu. Yeni sanksiyaların prezident Vladimir Putinin yaxın çevrəsini əhatə edəcəyi gözlənilir.
Sorğu
Yeni dizaynımız necədir?