GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Tramp və Makron Əsədi hədələdi, İsrail Hümsdəki bazanı vurdu

Tramp və Makron Əsədi hədələdi, İsrail Hümsdəki bazanı vurdu

Tarix: 10-04-2018, 10:30 Bölmə :Dünya Baxış: 358
Tramp və Makron Əsədi hədələdi, İsrail Hümsdəki bazanı vurdu


Suriyada növbəti “kimyəvi silah” ittihamları gərginliyi artırır

Suriyada hökumətə qarşı növbəti dəfə kimyəvi silah istifadəsi ittihamı irəli sürülüb. İddialara görə, Dəməşqin şimalında Şərqi Quta bölgəsində yerləşən və silahlı islamçıların nəzarətində olan sonuncu məntəqə hesab edilən Duma qəsəbəsində şənbə günü axşam kimyəvi silah istifadə olunub. İlkin məlumatlara əsasən, hücum nəticəsində 70 nəfər ölüb, bir neçə yüz nəfər, bəzi məlumatlara görə, 500 nəfər zəhərlənib.

Dəməşq və ətrafında atəşkəsə nəzarət edən Rusiya hökuməti Suriya hökumət qüvvələrinin kimyəvi silahdan istifadə etdiyi ilə bağlı ittihamları rədd edib. Ancaq artıq dünya mediasında kimyəvi silahın hökumət qüvvələri tərəfindən istifadə olunması ilə bağlı xəbərlər yayılıb. Artıq ABŞ və Fransa da hadisəyə münasibət bildirib. Kimyəvi silah hücumuna görə Suriya prezidentinin ünvanına “heyvan” deyə xitab edən ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silahla hücuma görə İran və Rusiyanı günahlandırıb. BBC-nin məlumatına görə, Tramp deyib ki, buna görə “böyük əvəz ödəniləcək”. Sitat: “Heyvan Əsədi dəstəkləyən prezident Putin, Rusiya və İran məsuliyyət daşıyır. Bunun böyük cavabı olacaq”.

Artıq Suriya prezidenti Bəşər Əsəd də Dumada baş verənlərə münasibət bildirib. Bəşər Əsəd kimyəvi hücumu təkzib edib. Əsəd bu xəbərlərin həqiqəti əks etdirmədiyini, daha çox terrorçuları qorumaq məqsədi daşıdığını deyib.

Hadisədən qısa müddət sonra Fransa prezidenti Suriya hakimiyyətini ittiham edib və Suriyaya zərbə endirməklə hədələyib.

Xatırladaq ki, ötən il aprelin 4-də Xan Şeyxun məntəqəsində Suriya ordusunun kimyəvi silahdan istifadə etməsi iddialarının ardınca aprelin 7-də ABŞ hərbi dəniz qüvvələri Aralıq dənizindən Hums yaxınlığında yerləşən “Şyrat” hərbi hava bazasını bombalamışdı. Bazaya 59 ədəd “Tomhavk” raketləri atılmışdı.

Maraqlıdır ki, bu hadisədən düz bir il sonra yenidən Suriya hakimiyyətinin Şərqi Quta rayonunda növbəti dəfə kimyəvi silahlardan istifadə etdiyi iddiaları yayılıb. Və paralel olaraq Qərb ölkələri Əsədi ittiham edib. Suriya hökuməti isə kimyəvi silah ittihamlarının Dəməşqi zərərsizləşdirmək üçün qurulmuş qurğu olduğunu iddia edir. Məsələ ondadır ki, Şərqi Quta rayonunda əməliyyatlar ötən ay başlayıb və Dəməşqin şimalında yerləşən əhalinin sıx yaşadığı bu bölgə sürətlə təmizlənib. Buradakı silahlı islamçıların bir qismi hökumətin ayırdığı avtobuslarla şimala - İdlibə göndərilib. Yalnız Duma rayonunda yerləşən daha çox Səudiyyə Ərəbistanına yaxın hesab olunan radikal islamçı “Ceyşul İslam” qruplaşması müqavimət göstərməkdə davam edəcəyini bəyan edib. Ancaq Dumada da mühasirələr daralıb və silahlılar 48 saat ərzində İdlibə köçməyə razılaşıblar. Ancaq bütün bu danışıqların getdiyi bir zamanda hökumətin kimyəvi silahdan istifadəsi iddiaları aranı qatıb.

İndi təbii ki, Rusiya, İran kimi ölkələr kimyəvi silah ittihamlarını qəbul etmirlər. Əsas arqument kimi, Bəşər Əsədin əlində olan kimyəvi silahların BMT müfəttişlərinin nəzarəti altında 2013-cü ildə ləğv edildiyi göstərilir. Bundan başqa hadisədən dərhal sonra müstəqil araşdırmalar aparılmadan Suriya hakimiyyətinin ittiham olunması qarşı tərəfin etirazlarına səbəb olur.

Ancaq indi döyüş meydanı o qədər qarışıqdır ki, bu iddiaları obyektiv araşdırmaq demək olar ki, mümkünsüzdür. Kimyəvi hücumun kimin tərəfindən həyata keçirildiyi Xan Şeyxun hadisələrində olduğu kimi, sirr olaraq qalacaq. Ancaq bunun əvəzində Qərb və Rusiya-İran tandemi arasında növbəti dəfə Suriya gərginliyini artırdı.

Bütün bu ittihamlar davam etdiyi bir zamanda İsrail aviasiyası Suriyanı növbəti dəfə bombalayıb. İlkin məlumatlara görə, Livan ərazisində hərəkət edən İsrailə məxsus F-15 təyyarələri Suriyanın Hums vilayətində yerləşən Tiyas (T4) hərbi hava bazasını raket atəşinə tutub. Suriya mənbələrinin məlumatına görə, Suriya Hava-Hücumundan Müdafiə Qüvvələri raketlərin bəzisini qeydə alsalar da hərbi aerodrom bombardman edilib, ilkin məlumata görə, bombardman zamanı 14 hərbçi öldürülüb. Ölən hərbçilərdən 3-ü İran ordusunun qulluqçuları olub. Bunlar Seyid Əmmar Musəvi, Mehdi Lütfi və Əkbər Cənnəti adlı şəxslər olub.

İsrail tərəfi hava zərbələrini sözügedən bazadan İranın istifadə etməsi ilə əsaslandırıb. İsrail son zamanlar tez-tez İranın Suriyada daimi hərbi baza qurmağa çalışdığını və bu bazaların İsrail üçün potensial təhdid olduğunu bəyan edir. Ancaq hava zərbələrinin məhz bu ərəfəyə, yəni Suriyanın kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddialarla eyni vaxta təyin olunması planlı əməliyyat olub. Çünki hava zərbələrinin ilk saatlarında bunu hansı dövlətin həyata keçirdiyi bilinməyib. Daha əvvəlki gün ABŞ və Fransanın Suriyanı təhdid edən açıqlamaları olub. Bu səbəbdən də ilk şübhələr ABŞ və Fransaya yönəlib. Ancaq daha sonra hər iki ölkədən təkzib gəlib və zərbələrin Livan üzərindən İsrail qırıcıları tərəfindən törədildiyi bəlli olub.

Ancaq maraqlıdır ki, Rusiya, eləcə də Livan hava hücumundan müdafiə sistemləri də bu zərbələri “tuta bilməyib”. İsrail isə hava zərbələrindən əvvəl ABŞ tərəfini məlumatlandırdığını bəyan edib.

Suriyada hökumətin daha da güclənməsi və savaşın bitməsi ehtimalı heç də hamını razı salmır. Bu səbəbdən də qarşıdakı günlərdə savaşın daha da alovlanması riski var.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp və Makron razılaşdı: Suriya vurulacaq

    Tramp və Makron razılaşdı: Suriya vurulacaq ...

    28-06-2017, 14:16

  • 
  • Tramp Suriyada kimyəvi hücuma görə Putini, Rusiyanı və İranı günahlandırıb

    Tramp Suriyada kimyəvi hücuma görə Putini, ...

    9-04-2018, 10:35

  • 
  • ABŞ, Suriyaya girsə dəstəkləyəcəyik

    ABŞ, Suriyaya girsə dəstəkləyəcəyik ...

    10-05-2013, 02:06

  • 
  • ABŞ Suriyada kimyəvi hücumla bağlı yeni məlumatları dərin narahatlıqla qarşılayıb

    ABŞ Suriyada kimyəvi hücumla bağlı yeni ...

    9-04-2018, 12:30

  • 
  • Kimyəvi silahdan istifadə əmrini Əsədin general qardaşı veribmiş

    Kimyəvi silahdan istifadə əmrini Əsədin general ...

    27-08-2013, 11:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu