Suriyada ötən həftə müxaliflərə qarşı kimyəvi silahdan istifadə edildiyi və əksəriyyəti uşaq olan 1400-dən çox adamın öldürüldüyü barədə mətbuatda məlumatlar gedib.
AzNews.az xəbər verir ki, belə məlumatların sonuncusunda müxaliflərə qarşı kimyəvi silahdan istifadə əmrini kimin verdiyinə toxunulur. İsrailin kəşfiyyat orqanı olan “Mossad”a yaxınlığı ilə tanınan “Debka” kəşfiyyat saytının yazdığına görə, kimyəvi silahdan istifadə əmrini Bəşər Əsədin qardaşı Mahir Əsəd verib. Xəbərdə bildirilir ki, sarin qazı daşıyan kimyəvi başlıqlı raketlər Suriya ordusunun 4-cü diviziyasına bağlı 155-ci briqada tərəfindən atılıb, bu barədə əmri isə general Mahir Əsəd verib. Qeyd edək ki, Suriyadakı üsyana qarşı döyüşən ordu birlikləri Mahirin tabeçiliyindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?