Ermənistanın yeni seçilmiş prezidenti Armen Sarkisyan aprelin 9-da səlahiyyətlərinin icrasına başladığı gün TASS-a verdiyi müsahibədə Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivlərindən danışıb.
GuundemXeber.Biz xəbər verir ki, A.Sarkisyan deyib: “Son nəticədə bütün regional münaqişələr həll olunur, onlar tamamilə dəf olunandır. Tarix bundan daha amansız və faciəvi münaqişələr görüb. Artıq 25 ildən çoxdur, münaqişənin tənzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu formatında, həmsədrlər dövlətlər – Rusiya, ABŞ VƏ Fransa tərəfindən təklif olunan tənzimləmə prinsipləri və elementləri əsasında aparılır. “Rusiya Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində Minsk qrupunun həmsədrlərindən biri kimi həlledici rol oynayır”.
“Xatırladım ki, 23 il əvvəl Qarabağda atəşkəs rejimi məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub. Biz problemin dinc siyasi həlli axtarışındakı vasitəçilik səylərini yüksək qiymətləndiririk. Aydındır ki, münaqişənin tənzimləmək, sülhə və razılığa gəlmək üçün siyasi iradə gərəkdir. Ermənistan öz tərəfindən sülhün əldə olunması üçün mümkün olan hər şeyi edir və Azərbaycan tərəfinin də eyni cür hərəkət etməsini gözləyir”, - A.Sarkisyan deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?